Icma.az
close
up
RU
Dostunun sevgilisini qaçırdı: biri bıçaqlandı, biri öldü, biri həbs olundu TƏFƏRRÜAT

Dostunun sevgilisini qaçırdı: biri bıçaqlandı, biri öldü, biri həbs olundu TƏFƏRRÜAT

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Masallı rayonunda 1990-cı il təvəllüdlü Elçin qısqanclıq zəminində mübahisə zamanı həmkəndlisi Qasımı (adlar şərti verilib – red.) öldürüb.

Bakupost.az Teleqraf-a istinadən xəbər verir ki, o, əmisi qızı Baharla Qasımın qeyri-rəsmi münasibətdə olduğunu eşidib və onu öldürmək qərarına gəlib.

Elçin dostu və bacısının keçmiş həyat yoldaşı Cavidin qardaşı oğlu Asimin köməyindən də istifadə edib. Birgə plana əsasən o, ötən il mayın 20-də saat 18 radələrində Qasımı çay içmək adı ilə aldadıb və yaşadığı evdən çıxarıb. Asimə məxsus olan və özünün idarə etdiyi “Nissan Note” markalı maşınla Qasımı yeməkxanaya aparıb. Orada birlikdə çay içib söhbət edərkən mobil telefon vasitəsi ilə Asimə məlumat verib.

Asim saat 19:30-da “Vinçester” tipli odlu ov silahı ilə qeyd edilən ünvana gətirib. Qasıma atəş açıb və onu qətlə yetirib.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməyən, ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş Asimdən istifadə etməklə xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla zərərçəkmiş şəxsi qətlə yetirib.

İstintaq orqanı tərəfindən Elçinin barəsində Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham elan edilib.

“Bahar ailə qurandan sonra da sevgili qalıblar”

İş üzrə ifadə verən təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyib. İfadəsində göstərib ki, Qasımla onun uzaq qohumluq münasibəti olub: “Əmim qızı Bahar Asimin əmisi Cavidin həyat yoldaşı olub. Onlar iki il bundan əvvəl boşanıblar.

Qasım 2013-cü ildə Rusiyaya gedib və bir müddət orada yaşayıb. Əmim qızı, yəni Cavidin həyat yoldaşı Bahar uşaqlıqdan Qasımla sevgili olub. Bahar ailə qurduqdan sonra da onların münasibətləri davam edib. Bu səbəbdən Qasımla Cavidin arasında ədavət olub.

2013-cü ildə Rusiyanın Murmansk şəhərində Qasım Cavidi bıçaqlayıb. Törətdiyi əmələ görə o, səhv etmirəmsə, 9 il azadlıqdan mərhum edilib. Lakin cəzanı axıra qədər çəkməyib. 2022-ci ildə başlanmış Rusiya-Ukraniya müharibəsinə göndərilib və müharibədə iştirakı ilə əlaqədar Rusiya hökuməti tərəfindən əfv edilib”.

“Üzdən onu tanımırdım”

Təqsirləndirilən şəxs qeyd edib ki, 2013-cü ildə yaşı az olsa da, Qasımın ərdə olan əmisiqızı Baharla kənar münasibət saxlaması, onun ərinə bıçaqla xəsarət yetirməsini eşidib: “Məndə Qasıma nifrət hissi yarandı, ondan qisas almaq istədim. Bu fikir daim beynimdə dolaşırdı. Bunun üçün Qasımın Rusiyada cəzasını çəkərək geri qayıtmasını gözləyirdim”.

Elçinin sözlərinə görə, hadisədən təxminən 20 gün əvvəl, yəni 2024-cü ilin may ayının əvvəllərində Qasımın kəndə gəldiyini bilib: “May ayının əvvəllərində Qasım bacısı ilə birlikdə evimizin qarşısından keçəndə əmim oğlu ilə qarşılaşdı və söhbət etdilər. Əmim oğlu ilə Qasım yaşıd və dost idilər. Ondan söhbət elədiyi şəxsin kim olduğunu soruşdum. Qasımı üzdən tanımırdım”.

Elçin bildirib ki, kənd ərazisində piyada gəzən zaman dostu Asimlə qarşılaşıb: “Onun maşınına əyləşdim, birlikdə kənd ərazisində gəzdik. Söhbət zaman Asim Qasımın kənddə olub-olmadığını soruşdu. Təxminən 10 gün əvvəl evimizin qarşısından bacısı ilə keçən gördüyümü dedim.

Asim Qasımı öldürmək lazım olduğunu dedi. Mən də onun sözünə dəstək verdim, “lazımdır, öldürək” dedim. Bildirdim ki, Qasım onun əmisi Cavidi bıçaqlayıb, əmisinin arvadı Baharla görüşərək ailə namuslarını ləkələyib. Buna görə qisas niyyəti ilə onu öldürmək qərarına gəldik.

Asim silahı olduğunu dedi və maşınında olan silahı mənə göstərdi”.

“Günlərlə axtardıq, tapa bilmədik”

Elçinin ifadəsinə görə, hər ikisi kənd ərazisində Qasımı axtarmağa başlayıb: “Mən ətrafdakıları duyuq salmadan gizlincə Qasımın olduğu yeri müəyyən etmək istədim. Lakin nə qədər axtarsam da, o, yaşadığı evdən çölə çıxmadı, kənd ərazisində görünmədi.

Üç-dörd dəfə Asimlə, 15-20 dəfə isə təkbaşına Qasımın məscidinin yanında yerləşən evinin yanından keçərək onu çöldə yaxalamaq istədim. Lakin nə Asimlə birlikdə, nə də təkbaşına getdiyim vaxtlarda onu yaşadığı evin ətrafında görmədim”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 16-17 may tarixlərində Asim özü çox görünməsin deyə və axtarış işini surətləndirmək üçün özünə məxsus “Nissan Note” markalı maşını ona verib:

“Hadisədən əvvəl, son 3-4 gün, bütün günü maşınla kənddə Qasımı axtardım. Asim də nə qədər axtarsa da Qasımı tapa bilmədiyini dedi”.

Elçin bildirib ki, mayın 20-də nahardan sonra yenidən Qasımı harada axtarmaq barədə düşünüb: “Bizimlə bir həyətdə yaşayan əmim oğlu ilə Qasımın dost olduğu, məhz onun vasitəsi ilə Qasımı tapa biləcəyim fikri ağlıma gəldi. Saat təxminən 15-16 radələrində əmim oğluna yalandan Qasımın məndən ona salam göndərdiyini dedim. Vaxtı varsa Qasıma baş çəkməyi təklif elədim.

Sonra Asimə zəng etdim, əmim oğlu ilə birlikdə Qasımın evinə getdiyimi, əgər evdədirsə onu bir bəhanə ilə çölə çıxaracağımı bildirdim. Asim əmim oğlunun niyyətimizdən xəbəri olub-olmadığını soruşdu. "Yox" cavabı verdim”.

“Çay içmək təklifinə sevindim”

Elçin bildirib ki, saat 17 radələrində əmisi oğlu ilə birlikdə Asimə məxsus “Nissan Note” markalı maşınla Qasımgilə gedib: “Ora çatana kimi bir neçə dəfə Asimlə votsap vasitəsi ilə əlaqə saxladım.

Əmim oğlu Qasımı çağırdı. Söhbət zamanı Qasım çöldə çay içməyi təklif etdi. Onun çay içmək fikrini eşidəndə sevindim.

Qasım yenidən evə daxil oldu, 5-10 dəqiqə sonra paltarlarını dəyişərək maşının arxa oturacağına əyləşdi. Maşında o, Masallı şəhərində bir yerdə oturmağı təklif etdi. Mən nəqliyyat vasitəsini idarə etmək üçün etibarnamə olmadığından kənara çıxa bilməyəcəyimi dedim.

Bu səbəbdən köhnə Masallı-Lənkəran yolunun Göyəçöl və Şıxlar kəndlərinin kəsişdiyi yerdə, adını bilmədiyim kafedə əyləşməyi təklif etdim. Saat 18 radələrində kafedə olduğumuz zaman votsapda Asimə mesaj yazdım, olduğumuz yer barədə məlumat verdim. Asim qısa müddətə hazırlaşaraq yanımıza gələcəyini dedi.

Asim gələnə qədər biz təxminən 1 saat ərzində 2 çaynik çay içdik”.

“Boğaz, kürək nahiyəsinə bıçaq zərbəsi vurdu”

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin müddətdə Qasımı öldürmək üçün cəhd etmək istəyib: “Lakin üzərimdə hər hansı silah və alət olmadığına görə fikrimi həyata keçirmədim. Çılpaq əllə ona hücum edəcəyim təqdirdə qurtula biləcəyini düşündüm.

Gözlədiyimiz müddətdə Qasımın nədənsə şübhələnməsinə yol vermədim. Asim votsapda olduğumuz yerə çatdığını bildirdi. Sağ əlində silah kafenin həyətinə daxil oldu. Silahı iki əli ilə sıxaraq Qasıma tuşladı və “şərəfsiz” deyərək bir dəfə sinə nahiyəsinə atəş açdı. Asim silahla stola yaxınlaşanda əmim oğlu stoldan qaçdı.

Qasıma bir dəfə atəş açdıqdan sonra Asim ikinci dəfəyə hazırlaşmaq istəyəndə silah kilidləndi. Bunu görən Asim əlindəki bıçaqla yerdə uzanmış Qasımın bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələri vurdu. Səsə ətrafdakı şəxslər toplaşdı.

Asim Qasımın yanından aralandı, avtomaşınına doğru getdi. Anidən geri qayıtdı və yerdə uzanıqlı vəziyyətdə olan Qasımın boğaz, kürək nahiyəsinə yenidən bir neçə bıçaq vurdu”.

“Qasım hərbi xidmətə gedəndə dostu məni qaçırdı”

İş üzrə şahid qismində ifadə verən Baharın sözlərinə görə, Qasımla uşaqlıqdan bir-birlərini seviblər: “Qasım hərbi xidmətə getdikdən sonra dostu Cavid iradəmə zidd olaraq məni qaçırdı və dini nikah bağladıq. Bu nikahdan iki qız övladımız doğuldu. Bir müddət Rusiyanın Murmansk şəhərində yaşadıqdan sonra ailə münasibətlərimiz pozuldu. Kiçik qızımla Masallı rayonunun kəndinə qayıtdım.

Cavidin məni zorla qaçırması səbəbindən Qasım ona nifrət hissi bəsləyidi. Nəticədə ona bıçaqla xəsarət yetirdi. Rusiyada cinayət məsuliyyətinə cəlb olundu. 9 il məhkumluqdan sonra Rusiya-Ukrayna müharibəsində iştirak etdiyi üçün azadlığa buraxıldı və 2024-cü ilin mart ayında kəndə qayıtdı.

Qasım kəndə gələndən sonra mənimlə telefon əlaqəsi saxladı. Həmin ilin may ayında evlənmək istədiyini bildirdi. Bu məsələ kənddə söz-söhbətə səbəb oldu. Murmanskda yaşayan keçmiş qaynım Aqil zəng edərək Qasımla evlənməməyimi istədi. Bildirdi ki, kimlə evlənirəm evlənim, Qasımla olmasın.

Mən artıq onun ailəsinin gəlini olmadığımı, başsız qadın kimi istədiyim şəxslə ailə qura biləcəyimi bildirdim. Bu danışıq barədə telefonda Qasıma məlumat verdim. O, Aqillə danışacağını dedi. Bir-iki gün sonra Qasım zəng edərək keçmiş qaynımla danışdığını, onun izdivacımıza razı olmadığını bildirdi. Bundan sonra Qasımla aramızda heç bir əlaqə olmayıb”.

Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Elçin Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinib və o, 17 il 6 ay müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Həmçinin Elçinin ittiham olunduğu Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsi hökmdən xaric edilib və həmin maddə üzrə təqsirləndirilən şəxsə cəza təyin olunmayıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verib. Müdafiəçi qeyd edib ki, müvəkkilinin mərhumu öldürmək barədə işdə heç bir mötəbər sübut yoxdur. Vəkil təqsirləndirilən şəxsin əməlində Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü maddələrinin tərkibi olmadığından ona həmin maddələrlə bəraət verilməsini xahiş edib.

Şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb. İşi araşdıran hakimlər heyəti vəkilin şikayətini haqlı saymayıblar.

“Tufan olacaq, hər yer dağılacaq, bir mən qalacam”

Qeyd edək ki, cinayətin əsas iştirakçısı olan 1994-cü il təvəllüdlü Asimin barəsində Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 232.1-ci maddələri ilə ittiham elan edilib və iş ayrıca icraatda araşdırılıb.

Müəyyən olunub ki, o, cinayət əməlini anlaqsız vəziyyətdə törədib. Barəsində olan cinayət işinə baxılarkən bildirib ki, Qasımı öldürməyib: “O adamı öldürməmişəm. Mən imam Zaman ağayam, zühur edəcəm, 313 nəfər yığaraq Azərbaycana gələcəm. Elçini tanımıram. Mən hazırda Rusiyada saxlanılıram. İstəyirəm ki, məni Azərbaycana aparsınlar, əmilərimin harada olmasını bilmirəm. Mənim maşınım olmayıb, velosipedim olub. Qasımı da tanımıram. Mən peyğəmbər kimi adamam, mənə inanmayan peşman olacaq. Olduğum yerə gələnə qədər göylərdə yaşamışam. Masallı rayonunun kəndində olmamışam. Tufan olacaq, hər yer dağılacaq, bir mən qalacam”.

Bu cinayət işinə də ayrıca icraatda Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4 və 232.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini anlaqsız vəziyyətdə törətmiş Asim cinayət məsuliyyətindən və cəzadan azad edilib.

Həmin məcəlləmin 95.0.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.

Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 Oktyabr 2025 21:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see262

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see181

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see172

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see152

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see151

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see136

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see132

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri