Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb

10.09.2026

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

2026-cı ilin yanvar-iyul aylarında haqsız rəqabətin qarşısının alınması istiqamətində 37 araşdırma aparılıb.

“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şahin Nağıyev bildirib.

Qeyd olunub ki, araşdırmalardan 25-i əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verilməsi, 12-si isə digər haqsız rəqabət halları ilə bağlı olub.

Hesabat dövründə 23 işə xitam verilib. Bunlardan 18-i əmtəə nişanından qanunsuz istifadə, 5-i digər haqsız rəqabət halları üzrə olub.

Bundan əlavə, 14 sahibkarlıq subyekti yol verdiyi pozuntunu könüllü şəkildə aradan qaldırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью