Dövlət Agentliyi: Bu il haqsız rəqabətlə bağlı 37 araşdırma aparılıb
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2026-cı ilin yanvar-iyul aylarında haqsız rəqabətin qarşısının alınması istiqamətində 37 araşdırma aparılıb.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin şöbə müdiri Şahin Nağıyev bildirib.
Qeyd olunub ki, araşdırmalardan 25-i əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə yol verilməsi, 12-si isə digər haqsız rəqabət halları ilə bağlı olub.
Hesabat dövründə 23 işə xitam verilib. Bunlardan 18-i əmtəə nişanından qanunsuz istifadə, 5-i digər haqsız rəqabət halları üzrə olub.
Bundan əlavə, 14 sahibkarlıq subyekti yol verdiyi pozuntunu könüllü şəkildə aradan qaldırıb.
Bu mövzuda digər xəbərlər:Azərbaycanda haqsız rəqabətlə bağlı 37 subyekt araşdırılıb
10 Sentyabr 2026 12:32
“Aztelekom”la bağlı araşdırma gedir Dövlət Agentliyi
31 Avqust 2026 14:26
Dövlət Agentliyi bu şirkətlərə qadağa qoydu
22 May 2026 19:50
Dövlət Agentliyi imtahanlarla bağlı məlumat yaydı
17 Dekabr 2024 20:39
Dövlət Agentliyi cərimə edilir
06 Fevral 2025 19:18
Baxış sayı:108
Bu xəbər 10 Sentyabr 2026 12:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















