Dövlət bu ailələrin qızlarının təhsili üçün vəsait ayıra bilər AÇIQLAMA | Icma.az
Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dövlət bu ailələrin qızlarının təhsili üçün vəsait ayıra bilər - AÇIQLAMA Son vaxtlar cəmiyyətimizin rastlaşdığı əsas problemlərdən biri qızların təhsildən yayındırılmasıdır.
Bəzi valideyinlər maddi sıxıntıları əsas gətirərək qızlarının təhsil almasına mane olurlar.
Bəs görəsən dövlət bu cür ailələrin qızlarının təhsili üçün vəsait ayıra bilərmi?
Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri Sonxeber.az – a açıqlama verib: "Son bir neçə il əvvəlki məlumata əsasən dünyada 200 milyona yaxın uşaq təhsildən yayındırılıb.
Sevindirici hallardan biri odur ki, Azərbaycan orta ümumi təhsil seqmentində şagirdlərin dərsdən yayındırılma faizi bir çox ölkələrlə müqayisədə yaxşıdır.
Əvvəllər bilirdik ki, icbari təhsil 4-cü sinifə qədər hesab edilirdi. Amma çox yaxşı ki, bu qayda 9-cu sinifə qədər qaldırıldı.
Bu istər qız, istər oğlan şagirdlərin məcburi şəkildə təhslidən yayındırılmasına hüquqi cəhətdən maneədir.
Tam oxu
Xəbəri oxu