Icma.az
close
up
RU
Dövlət bu ailələrin qızlarının təhsili üçün vəsait ayıra bilər AÇIQLAMA

Dövlət bu ailələrin qızlarının təhsili üçün vəsait ayıra bilər AÇIQLAMA

Sonxeber.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət bu ailələrin qızlarının təhsili üçün vəsait ayıra bilər - AÇIQLAMA

Son vaxtlar cəmiyyətimizin rastlaşdığı əsas problemlərdən biri qızların təhsildən yayındırılmasıdır. Bəzi valideyinlər maddi sıxıntıları əsas gətirərək qızlarının təhsil almasına mane olurlar. Bəs görəsən dövlət bu cür ailələrin qızlarının təhsili üçün vəsait ayıra bilərmi?

Mövzu ilə bağlı Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil tədqiqatçısı Elmin Nuri Sonxeber.az – a açıqlama verib:

"Son bir neçə il əvvəlki məlumata əsasən dünyada 200 milyona yaxın uşaq təhsildən yayındırılıb. Sevindirici hallardan biri odur ki, Azərbaycan orta ümumi təhsil seqmentində şagirdlərin dərsdən yayındırılma faizi bir çox ölkələrlə müqayisədə yaxşıdır. Əvvəllər bilirdik ki, icbari təhsil 4-cü sinifə qədər hesab edilirdi. Amma çox yaxşı ki, bu qayda 9-cu sinifə qədər qaldırıldı. Bu istər qız, istər oğlan şagirdlərin məcburi şəkildə təhslidən yayındırılmasına hüquqi cəhətdən maneədir. Bu qərar xüsusən də bir çox qız şagirdlərin oxumasına xüsusi şərait yaradır. Amma yenə də bu istiqamətdə vəziyyətin tam sağlam olduğunu deyə bilmərik. Xatırlayıram ki, bir-neçə il bundan əvvəl Elm və Təhsil Naziri Emin Əmrullayev bununla bağlı danışanda vəziyyətin o qədər də kritik olmadığını, başqa ölkələrə nisbətdə Azərbaycanda qız uşaqlarının təhsilindən yayındırılma hallarının o qədər də çox olmadığını, lakin yenə də hər şeyin tam ürəkaçan olmadığını vurğuladı. Yəni dedi ki, vəziyyət yaxşıdır amma tam arxayınlaşmaq [b][/b]olmaz. Təbii ki, biz bu gün cəmiyyət olaraq hər bir ailədə qızların təhsil almasına xüsusi səy göstərməliyik. Cəmiyyət olaraq biz buna borcluyuq. Azərbaycan ailəsindən olan hər bir qız təhsil almalıdır. Bununla bağlı dünya təcrübəsində olan bir çox nümunələr özününküləşdirilməli və xüsusi layihələr proqramı həyata keçirilməlidir. Qız uşaqlarının təhsili üçün mühim proqramlar olmalıdır. Müxtəlif sosial və hüquqi maarifləndirmə xarakterli proqramlara ehtiyac var. Mən bununla razı deyiləm ki, valideyinlərin bir çoxu qız uşaqlarının təhsildən yayındırılmasına əsas səbəbi kimi imkanlarının olmamasını gətirir. Nə oldu? Elə qızlarınıza çatanda imkan olmadı? Bunun məsələyə heç bir aidiyyatı yoxdur. Qız uşaqlarının təhsildən yayındırılmasının bəzi mental və lazımsız səbəbləri var.
Dövlət tərəfindən sırf bu məsələyə vəsait ayırmaqdansa xüsusi maarifləndirici layihələr həyata keçirilmək lazımdır. Bu gün şəxsən mənim tanıdığım bir çox direktor və müəllimlər var ki, onlar regionlarda, ucqar kəndlərdə yaşamalarına baxmayaraq öz müəllimlik fəaliyyətləri ilə yanaşı, sosial layihə olaraq qızların təhsili üçün də əllərindən gələni əsirgəmirlər. Bu gün həmin müəllimlər tapılmalıdır. Onların işi nümunə olaraq göstərilməlidir. Dünya təcrübəsində bu istiqamətdə görülən işlər öyrənilməlidir. Dövlət buna görə xüsusi vəsait ayırması məsələnin digər tərəfidir. Yəni mən bunula da müəyyən qədər razıyam. Amma əmin ola bilərsiz ki, bizdə bu gün təhsil üçün külli miqdarda pul tələb olunmur. Əlbəttə anlayiram kimsə deyə bilər ki, bu elə deyil. Uşağın məktəb həyatı həddindən artıq çox pul aparır və.s Amma mən dünya ilə müqayisədə deyirəm ki, əgər repititor hazırlıqlarını nəzərə almasaq, Azərbaycanda bir şagirdə ailəsi tərəfindən xərclənən pul o qədər də yüksək deyil. Söhbət yuxarı siniflərdən gedir. Birinci beşinci siniflərdə isə bu xərc çoxdur. Yuxarı siniflərdə isə əsas xərc repititor hazırlıqlarının üzərinə düşür. Mən repitotor hazırlığını təhsil deyil, biznes projesi hesab edirəm. Bunu saymasaq bizim ailələr övladlarına təhsil üçün elə də pul xərcləmir. Məktəb binalarının qarşısında müşahidə aparsaz görərsiz ki, 10-11-ci siniflərdə oxuyan uşaqların bir çoxu heç məktəbə çanta belə aparmır. Yəni məktəb xərcləri əsasən ibtidai təhsili əhatə edir. Yuxarı siniflərdə bu xərc azalır. 10-11-ci siniflərdə isə sıfıra enir.
Qızların təhsildən yayındırılmasının qarşısının alınması üçün isə biz tamam başqa addımlar atmalıyıq. Maarifləndirici layihələr həyata keçirilməlidir. Ölkədə valideyin məktəbləri açılmalı və həmin məktəblərdə qızların təhsilinin faydaları xüsusi təlim və seminarlarla aşılanmalıdır. Qızların uğurlu təhsil almaları üçün stimullaşdırıcı addımlar atılmalı, müəyyən təqaüd proqramları yaradılmalıdır.

Sevindiri haldır ki, Təhsilin Inkişafı Fondu bu istiqamətdə qız şagirdlər üçün çox yaxşı təqaüd proqramı hazırlayır. Beynəlxalq transmilli şirkətlər qızların təhsili üçün sosial büdcə ayırırlar. İşlər görülür, sadəcə bu işlərin həm piarı, həm də kəmiyyət və keyfiyyəti artırılmalıdır".

Çiçək Sadatova


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 05 Noyabr 2024 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see207

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see173

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see161

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see147

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see136

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see132

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Əhaliyə texniki kartof satılır? ARAŞDIRMA

21 Yanvar 2026 03:54see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri