Dövlət bu xərcin yarısını ödəyəcək Sahibkarların nəzərinə

12.11.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin iclasında iqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.

O bildirib ki, bu dəstək tədbirləri Azərbaycanın əldə etdiyi makroiqtisadi göstəricilərə, qeyri-neft-qaz sektorunun inkişafına öz töhfələrini verib:

"Məhz bu təcrübə əsasında bu il yeni dəstək alətləri tətbiq edilməyə başlanılıb: Bakı və Abşerondan kənarda sahibkar kreditləri üzrə faizin yarısını dövlət ödəyir, kredit zəmanəti limiti 20%-dən 50%-ə qaldırılıb, 2027–2030-cu illərdə isə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısı dövlət tərəfindən ödəniləcək.

Ələt Azad İqtisadi Zonasının məhsulları isə gələn ildən daxili bazara gömrük rüsumu olmadan çıxacaq. Bu il zonanın infrastrukturuna 149 milyon manat ayrılıb və zona investisiya, istehsal və ixracın əlaqələndirildiyi platforma kimi inkişaf etdirilir".

Könül Vəliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью