Dövlət bu xərcin yarısını ödəyəcək Sahibkarların nəzərinə
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları və Regional məsələlər komitələrinin iclasında iqtisadiyyat nazirinin müavini Azər Bayramov deyib.
O bildirib ki, bu dəstək tədbirləri Azərbaycanın əldə etdiyi makroiqtisadi göstəricilərə, qeyri-neft-qaz sektorunun inkişafına öz töhfələrini verib:
"Məhz bu təcrübə əsasında bu il yeni dəstək alətləri tətbiq edilməyə başlanılıb: Bakı və Abşerondan kənarda sahibkar kreditləri üzrə faizin yarısını dövlət ödəyir, kredit zəmanəti limiti 20%-dən 50%-ə qaldırılıb, 2027–2030-cu illərdə isə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısı dövlət tərəfindən ödəniləcək.
Ələt Azad İqtisadi Zonasının məhsulları isə gələn ildən daxili bazara gömrük rüsumu olmadan çıxacaq. Bu il zonanın infrastrukturuna 149 milyon manat ayrılıb və zona investisiya, istehsal və ixracın əlaqələndirildiyi platforma kimi inkişaf etdirilir".
Könül Vəliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 12 Noyabr 2026 12:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















