Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat verir.

Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən parlamentin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta ilə əhatə olunmasına ciddi ehtiyac yarandığını bildirib.  

"Yeni Sabah" xəbər verir ki, ölkədə icbari tibbi sığortanın tətbiqinin uğurla davam etdiyini vurğulayan parlamentari bu mexanizm vasitəsilə mürəkkəb və yüksək xərc tələb edən müayinə və müalicələrin də dövlət hesabına qarşılandığını diqqətə çatdırıb.

Ə.Əmiraslanov gələn ildən böyük oynaqların transplantasiyası üzrə tətbiq olunan limitin tamamilə aradan qaldırılmasını, sümük iliyi transplantasiyası üzrə limitin isə 20-dən 50-yə çatdırılmasını səhiyyə sistemi üçün müsbət addım kimi qiymətləndirib.  Məişət texnikası

Komitə sədrinin sözlərinə görə, hazırda icbari tibbi sığortadan kənarda qalan azsaylı dövlət səhiyyə proqramlarından biri məhz onkoloji xəstəliklərlə bağlıdır. Ə.Əmiraslanov xərçəng xəstəliklərinin ölümə səbəb olan əsas amillərdən biri olduğunu nəzərə alaraq, pasiyentlərin maliyyə yükünün azaldılması və müalicəyə əlçatanlığın artırılması məqsədilə onkoloji xəstəliklərin müalicəsinin də icbari tibbi sığorta xidmətlər zərfinə daxil edilməsini təklif edib. 

Nazim Hacıyev


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью