Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?
Icma.az, Yenisabah portalına istinadən məlumat verir.
Milli Məclisin plenar iclasında 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı çıxış edən parlamentin Səhiyyə komitəsinin sədri, deputat Əhliman Əmiraslanov onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta ilə əhatə olunmasına ciddi ehtiyac yarandığını bildirib.
"Yeni Sabah" xəbər verir ki, ölkədə icbari tibbi sığortanın tətbiqinin uğurla davam etdiyini vurğulayan parlamentari bu mexanizm vasitəsilə mürəkkəb və yüksək xərc tələb edən müayinə və müalicələrin də dövlət hesabına qarşılandığını diqqətə çatdırıb.
Ə.Əmiraslanov gələn ildən böyük oynaqların transplantasiyası üzrə tətbiq olunan limitin tamamilə aradan qaldırılmasını, sümük iliyi transplantasiyası üzrə limitin isə 20-dən 50-yə çatdırılmasını səhiyyə sistemi üçün müsbət addım kimi qiymətləndirib. Məişət texnikası
Komitə sədrinin sözlərinə görə, hazırda icbari tibbi sığortadan kənarda qalan azsaylı dövlət səhiyyə proqramlarından biri məhz onkoloji xəstəliklərlə bağlıdır. Ə.Əmiraslanov xərçəng xəstəliklərinin ölümə səbəb olan əsas amillərdən biri olduğunu nəzərə alaraq, pasiyentlərin maliyyə yükünün azaldılması və müalicəyə əlçatanlığın artırılması məqsədilə onkoloji xəstəliklərin müalicəsinin də icbari tibbi sığorta xidmətlər zərfinə daxil edilməsini təklif edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 16 Noyabr 2026 15:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















