Dövlət büdcəsində 4 milyard manata yaxın artıqlıq yaranıb

09.10.2026

Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2026-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 984 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Marja.az Maliyyə Nazirliyinin yaydığı məlumata istinadəən xəbər verir ki, cari ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 29 312,1 milyon manat təşkil edib ki, bu da proqnozu 787,7 milyon manat və ya 2.8 faiz üstələyib. Dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə isə  169,7 milyon manat və ya 0.6 faiz çoxdur.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin xərcləri 25 348,2 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 680,0 milyon manat və ya 2.8 faiz çoxdur.

2026-cı ilin yanvar-sentyabr ayları ərzində icmal büdcənin gəlirləri 36 730,8 milyon manat, xərcləri  isə 30 089,9 milyon manat məbləğində icra edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью