Dövlət büdcəsində 4 milyard manata yaxın artıqlıq yaranıb
Marja.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
2026-cı ilin yanvar-sentyabr aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 984 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.
Marja.az Maliyyə Nazirliyinin yaydığı məlumata istinadəən xəbər verir ki, cari ilin yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin gəlirləri 29 312,1 milyon manat təşkil edib ki, bu da proqnozu 787,7 milyon manat və ya 2.8 faiz üstələyib. Dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 169,7 milyon manat və ya 0.6 faiz çoxdur.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Yanvar-sentyabr ayları ərzində dövlət büdcəsinin xərcləri 25 348,2 milyon manat məbləğində icra edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 680,0 milyon manat və ya 2.8 faiz çoxdur.
2026-cı ilin yanvar-sentyabr ayları ərzində icmal büdcənin gəlirləri 36 730,8 milyon manat, xərcləri isə 30 089,9 milyon manat məbləğində icra edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 09 Oktyabr 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















