Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Dövlət İdarəçiliyində Analitik İdarəetmə və İnnovasiya” proqramının bağlanış mərasimi keçirilib.
SİA xəbər verir ki, ilk olaraq Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsinin dekanı, s.e.f.d., dosent Elnur Əliyev çıxış edib.
O, Dövlət İdarəçilik Akademiyasının innovativ idarəetmə yanaşmalarına xüsusi önəm verdiyini, bu təşəbbüslərin dövlət qurumlarında müasir texnologiyaların tətbiqini sürətləndirmək, idarəetmədə çevikliyi artırmaq və qərarvermə prosesini daha effektiv, məlumat əsaslı etmək məqsədi daşıdığını bildirib.
Dövlət İdarəçilik Akademiyasının bu proqramın əsas tədris və tədqiqat mərkəzi kimi çıxış edərək, dövlət idarəçilərinin yeni bacarıqlar qazanmasını təmin etdiyini və gələcəyin idarəçilərini süni intellekt, böyük verilənlər analitikası və innovativ idarəetmə prinsipləri ilə tanış edərək onları rəqəmsal transformasiyaya hazırladığını vurğulayıb.
Elnur Əliyev həmçinin bildirib ki, bu yanaşma yalnız bu günün ehtiyaclarına cavab vermir, həm də idarəetmənin gələcəyini formalaşdırır.
Rəqəmsal İnkişaf Agentliyinin layihə meneceri Fidan Sadıqova proqramın icrası və əldə olunan nailiyyətlər barədə məlumat verib.
O, proqramın dövlət idarəçiliyində rəqəmsal inkişafa və analitik yanaşmanın təkmilləşdirilməsinə verdiyi töhfəni və bu təşəbbüsün dövlət sektorunda innovasiya proseslərini gücləndirəcəyini bildiriib.