Icma.az
close
up
RU
“Dövlət İdarəçiliyində Analitik İdarəetmə və İnnovasiya” FOTOLAR

“Dövlət İdarəçiliyində Analitik İdarəetmə və İnnovasiya” FOTOLAR

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Dövlət İdarəçiliyində Analitik İdarəetmə və İnnovasiya” proqramının bağlanış mərasimi keçirilib. SİA xəbər verir ki, ilk olaraq Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsinin dekanı, s.e.f.d., dosent Elnur Əliyev çıxış edib. O, Dövlət İdarəçilik Akademiyasının innovativ idarəetmə yanaşmalarına xüsusi önəm verdiyini, bu təşəbbüslərin dövlət qurumlarında müasir texnologiyaların tətbiqini sürətləndirmək, idarəetmədə çevikliyi artırmaq və qərarvermə prosesini daha effektiv, məlumat əsaslı etmək məqsədi daşıdığını bildirib. Dövlət İdarəçilik Akademiyasının bu proqramın əsas tədris və tədqiqat mərkəzi kimi çıxış edərək, dövlət idarəçilərinin yeni bacarıqlar qazanmasını təmin etdiyini və gələcəyin idarəçilərini süni intellekt, böyük verilənlər analitikası və innovativ idarəetmə prinsipləri ilə tanış edərək onları rəqəmsal transformasiyaya hazırladığını vurğulayıb. Elnur Əliyev həmçinin bildirib ki, bu yanaşma yalnız bu günün ehtiyaclarına cavab vermir, həm də idarəetmənin gələcəyini formalaşdırır.

Rəqəmsal İnkişaf Agentliyinin layihə meneceri Fidan Sadıqova proqramın icrası və əldə olunan nailiyyətlər barədə məlumat verib. O, proqramın dövlət idarəçiliyində rəqəmsal inkişafa və analitik yanaşmanın təkmilləşdirilməsinə verdiyi töhfəni və bu təşəbbüsün dövlət sektorunda innovasiya proseslərini gücləndirəcəyini bildiriib.

Təlimçi Qalib Əhmədov proqramın məzmunu, tədris prosesi və əldə olunan nəticələr haqqında məlumat verib. O, iştirakçıların məlumatların emalı və süni intellektin tətbiqi sahəsində qazandıqları praktiki bacarıqları vurğulayıb.

Tədbirin gedişatında məzun layihələr arasında seçilmiş üç layihə təqdim olunub. Nicat Səmədzadənin rəhbərliyi ilə hazırlanan “E-gov” layihəsi dövlət idarəçiliyində rəqəmsal hökumətin qurulması istiqamətində innovativ yanaşmaların tətbiqini nümayiş etdirib. Fidan İbrahimovanın “Xəstəxanaların rəqəmsal idarəetmə sistemi” layihəsində səhiyyə sektorunda rəqəmsal transformasiyanın əhəmiyyətini vurğulanıb.

Sonda keçirilən səsvermə nəticəsində innovativ yanaşması və praktiki tətbiq imkanları ilə seçilən Nicat Səmədzadənin “E-gov” layihəsi qalib gəlib.

Proqram çərçivəsində iştirakçılar məlumatların emalı, qərarvermə prosesində süni intellektin tətbiqi və rəqəmsal transformasiya kimi vacib bacarıqlara yiyələniblər. Dövlət sektorunda müasir texnologiyaların rolunu artırmaq və idarəetmədə innovativ yanaşmaları tətbiq etmək məqsədi daşıyan bu təşəbbüs gələcək idarəçilər üçün mühüm bilik və təcrübə platforması oldu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://sia.az
archiveBu xəbər 25 Fevral 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see236

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see215

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see206

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see198

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see195

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see180

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see172

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see164

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see159

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see152

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see144

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see143

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see140

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see139

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see134

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see133

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see132

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri