Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Vaşinqton, 22 sentyabr, AZƏRTAC
ABŞ Səudiyyə Ərəbistanına qarşı hücumların birbaşa Amerika hərbi müdaxiləsi olmadan dayandırılması imkanlarını araşdırır.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio “Fox & Friends” proqramına müsahibəsində bildirib.
“Bizim Səudiyyə Ərəbistanı ilə müdafiə sazişimiz var və onunla bağlı öhdəliklərimizi yerinə yetirmək niyyətindəyik. Hazırda vəziyyətin hərbi müdaxilə olmadan həll edilib-edilməyəcəyini araşdırırıq”, – deyə Rubio əlavə edib.
Dövlət katibi vurğulayıb ki, zərurət yaranacağı təqdirdə ABŞ Səudiyyə Ərəbistanının yanında dayanacaq və ona dəstək göstərəcək.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton