Dövlət katibi: ABŞ Səudiyyə Ərəbistanı qarşısındakı müdafiə öhdəliklərini yerinə yetirəcək
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Vaşinqton, 22 sentyabr, AZƏRTAC
ABŞ Səudiyyə Ərəbistanına qarşı hücumların birbaşa Amerika hərbi müdaxiləsi olmadan dayandırılması imkanlarını araşdırır.
AZƏRTAC xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio “Fox & Friends” proqramına müsahibəsində bildirib.
“Bizim Səudiyyə Ərəbistanı ilə müdafiə sazişimiz var və onunla bağlı öhdəliklərimizi yerinə yetirmək niyyətindəyik. Hazırda vəziyyətin hərbi müdaxilə olmadan həll edilib-edilməyəcəyini araşdırırıq”, – deyə Rubio əlavə edib.
Dövlət katibi vurğulayıb ki, zərurət yaranacağı təqdirdə ABŞ Səudiyyə Ərəbistanının yanında dayanacaq və ona dəstək göstərəcək.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Bu mövzuda digər xəbərlər:Səudiyyə Ərəbistanı İsrailə şərt qoydu: Bu dövlət yaradılmalıdır
29 İyul 2025 13:21
Məşhur bəstəkar Səudiyyə Ərəbistanı üçün dövlət himni bəstələyəcək
27 Yanvar 2025 16:39
ABŞ NATO qarşısındakı hərbi öhdəliklərini azaldıb
16 İyun 2026 08:49
Səudiyyə Ərəbistanı ABŞ İran atəşkəsini alqışlayıb
08 Aprel 2026 14:27
Səudiyyə Ərəbistanı klubuna keçəcək
25 Mart 2025 11:22
Baxış sayı:116
Bu xəbər 22 Sentyabr 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















