Dövlət komitəsinin qarşısında etiraz Evlərinə raket düşən Gəncə sakinləri kompensasiya təl…
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir. Bu gün bir qrup Gəncə şəhər sakini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bi
Evləri zərər görmüş hər sakin müxtəlif problemlərlə üzləşib.
Belə ki, onlardan bəzilərinin evi yarımçıq tikilib, digərlərinin isə ümumiyyətlə, tikintisinə başlanılmayıb.
Bəzi sakinlər isə iddia edir ki, Komitə rəsmiləri onlara ağ sənədə imza atdıraraq nağd şəkildə 1000 manat pul verib.
Sonradan məlum olub ki, bu mənzillər bərpası üçün büdcədən külli miqdarda vəsait ayrılıb və mənimsənilib.Sakinlərin iddiasına görə, ortada korrupsiya cinayəti var.
Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti bu şikayətləri araşdırmalı və müvafiq tədbir görməlidir.
Şikayətlərlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet səhifəsində yerləşdirilən əlaqə nömrəsinə zəng etsək də, işlək olmadığı məlum oldu.
Qurumun “qaynar xətt”-i də adına uyğun fəaliyyət göstərmir, gün ərzində müvafiq nömrədən heç bir cavab almaq mümkün olmadı.“AzPolitika.info” Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu