Dövlət komitəsinin qarşısında etiraz Evlərinə raket düşən Gəncə sakinləri kompensasiya tələb edir
Icma.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Bu gün bir qrup Gəncə şəhər sakini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin binası önünə toplaşıb.
“AzPolitika” “Gününüsəsi.info”-ya istinadla xəbər verir ki, etiraza səbəb 44 günlük Vətən müharibəsi günlərində Ermənistan ordusunun Gəncəyə raketlər atması zaman onların evlərinə dəyən zərərə görə təyin edilən kompensasiyanın tam olaraq hələ də verilməməsidir.
Evləri zərər görmüş hər sakin müxtəlif problemlərlə üzləşib. Belə ki, onlardan bəzilərinin evi yarımçıq tikilib, digərlərinin isə ümumiyyətlə, tikintisinə başlanılmayıb. Bəzi sakinlər isə iddia edir ki, Komitə rəsmiləri onlara ağ sənədə imza atdıraraq nağd şəkildə 1000 manat pul verib. Sonradan məlum olub ki, bu mənzillər bərpası üçün büdcədən külli miqdarda vəsait ayrılıb və mənimsənilib.

Sakinlərin iddiasına görə, ortada korrupsiya cinayəti var. Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti bu şikayətləri araşdırmalı və müvafiq tədbir görməlidir.
Şikayətlərlə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin internet səhifəsində yerləşdirilən əlaqə nömrəsinə zəng etsək də, işlək olmadığı məlum oldu. Qurumun “qaynar xətt”-i də adına uyğun fəaliyyət göstərmir, gün ərzində müvafiq nömrədən heç bir cavab almaq mümkün olmadı.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 02 Aprel 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















