Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Valyuta ehtiyatları 4,5 faiz artaraq 62,7 milyard dolları ötüb 2025-ci il mart ayının 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri əvvəlki ilin sonuna (60 milyard 31,4 milyon ABŞ dolları) nisbətən 4,5 faiz artaraq 62 milyard 740,2 milyon ABŞ dolları təşkil edib.
Fonddan verilən məlumata görə, cari ilin yanvar-mart ayları ərzində qurumun büdcə gəlirləri 3 milyard 249,2 milyon manat, büdcə xərcləri isə 3 milyard 643,3 milyon manat təşkil edib.
Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondunun “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) gəlirləri 2 milyard 183,5 milyon manat təşkil edib.
Bunun da 2 milyard 1,6 milyon manatı AÇG-nin, 181,9 milyon manatı isə “Şahdəniz” yatağının payına düşüb.
Ümumilikdə isə, fondun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 15,85 faiz azalıb.
2025-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 milyard 17,2 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 2 milyard 251,9 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri isə 765,3 milyon manat təşkil edib.
Bununla yanaşı, hesabat dövründə ARDNF vəsaitlərinin idarə olunmasından 232 milyon manat gəlir əldə edib.