Icma.az
close
up
RU
Dövlət Neft Fondunun xəzinəsi zənginləşir

Dövlət Neft Fondunun xəzinəsi zənginləşir

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Valyuta ehtiyatları 4,5 faiz artaraq 62,7 milyard dolları ötüb

2025-ci il mart ayının 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri əvvəlki ilin sonuna (60 milyard 31,4 milyon ABŞ dolları) nisbətən 4,5 faiz artaraq 62 milyard 740,2 milyon ABŞ dolları təşkil edib. Fonddan verilən məlumata görə, cari ilin yanvar-mart ayları ərzində qurumun büdcə gəlirləri 3 milyard 249,2 milyon manat, büdcə xərcləri isə 3 milyard 643,3 milyon manat təşkil edib.

Bu ilin birinci rübündə Azərbaycan Dövlət Neft Fondunun “Azəri–Çıraq–Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” qaz-kondensat yatağından (qaz və kondensatın satışından) gəlirləri 2 milyard 183,5 milyon manat təşkil edib. Bunun da 2 milyard 1,6 milyon manatı AÇG-nin, 181,9 milyon manatı isə “Şahdəniz” yatağının payına düşüb. Ümumilikdə isə, fondun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 15,85 faiz azalıb.

2025-ci ilin yanvar-mart ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 milyard 17,2 milyon manat, o cümlədən, mənfəət neftinin və qazın satışından 2 milyard 251,9 milyon manat, bonus ödənişləri və tranzit gəlirləri isə 765,3 milyon manat təşkil edib. Bununla yanaşı, hesabat dövründə ARDNF vəsaitlərinin idarə olunmasından 232 milyon manat gəlir əldə edib.

Fonddan verilən məlumata görə, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı qurumun büdcədənkənar gəliri hesabat dövrü üzrə 4 milyard 999 milyon manat təşkil edib. Hesabat dövrü ərzində ARDNF-nin 2025-ci il büdcəsinin icrası çərçivəsində 3 milyard 620,3 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Bununla yanaşı, cari ilin yanvar-mart aylarında “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın maliyyələşməsinə 1,1 milyon manat, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” nın maliyyələşməsinə isə 14,9 milyon manat yönəldilib. Sözügedən dövrdə, ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri isə 7 milyon manat təşkil edib.

Bu ilin yanvar-mart aylarında Dövlət Neft Fondunun cəmi investisiya portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 9,5 faiz və ya 5 milyard 435,4 milyon ABŞ dolları artıb. Ümumi investisiya portfelinin 42,6 faizini istiqraz və pul bazarı alətləri (26 milyard 603,5 milyon dollar), 24,8 faizini səhmlər (15 milyard 487,5 milyon dollar), 6,8 faizini daşınmaz əmlak (4 milyard 246,6 milyon dollar), 25,8 faizini isə qızıl (16,1 milyard dollar) təşkil edir.

Xatırladaq ki, 1999-cu ilin dekabr ayında təsis edilmiş Azərbaycan Respublikası Dövlət Neft Fondunun missiyası tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin daimi gəlir mənbəyinə çevrilməsidir. ARDNF-nin yaradılmasında əsas məqsəd ölkənin neft sərvətlərinin səmərəli və məqsədyönlü idarə edilməsinə şərait yaratmaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Aprel 2025 07:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri