Dövlət Statistika Komitəsində geniş kollegiya iclası keçirilib | Icma.az
Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Dövlət statistika orqanlarının 2024-cü ildəki fəaliyyəti və 2025-ci ildə qarşıda duran vəzifələrlə bağlı fevralın 14-də Dövlət Statistika Komitəsi aparatı şöbələrinin, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi, şəhər və rayon statistika idarələrinin rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.
Dövlət Statistika Komitəsinin Mətbuat Xidmətindən “İki sahil”ə bildirilib ki, kollegiyanın sədri Tahir Budaqov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə 2024-cü ildə bütün sahələrdə sistemli və ardıcıl xarakterli islahatların həyata keçirildiyini, siyasi və iqtisadi idarəetmə metodlarının müasirləşdirildiyini, ölkəmizin dünyada nüfuzunun daha da artdığını diqqətə çatdırıb.
Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Komitə tərəfindən həyata keçirilən islahatlar və qurumun 2024-cü ildəki faəliyyəti barədə ətraflı məlumat verib.
Qeyd edib ki, rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanmasını, milli statistika sisteminin inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayan Dövlət Statistika Komitəsi 2024-cü ildə öz fəaliyyətini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılaraq təsdiq edilmiş Statistik işlər proqramı əsasında qurmuşdur.
Bununla yanaşı, 2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramından, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən, Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planından, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasından, Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiyadan, “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”ndan, “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarından, digər normativ hüquqi aktlardan, BMT Baş Assambleyasının qəbul etdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələrin icrası, eləcə də dəqiq və dolğun statistik məlumatlara, davamlı informasiya dəstəyinə olan tələbatın ödənilməsi məqsədilə Komitə tərəfindən zəruri işlər görülmüş, BMT, Avrostat, BVF, İƏİT, BƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində milli statistika sisteminin müasir çağırışlara uyğun inkişaf etdirilməsi, inzibati məlumatlardan istifadəni genişləndirməklə ölkənin dayanıqlı inkişafı ilə bağlı statistik informasiya təminatının təkmilləşdirilməsi və bu hədəflərə çatmaq üçün statistika sahəsində maddi-texniki bazanın və kadr potensialının möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilmişdir.
Rəsmi statistik hesabatların elektron qəbulu səviyyəsinin artırılması məqsədilə görülmüş tədbirlər nəticəsində “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron xidməti vasitəsilə hesabat formalarını elektron şəkildə təqdim edən hüquqi və fiziki şəxslərin xüsusi çəkisi 97,0 faizi ötmüşdür.
UNlCEF-lə əməkdaşlıq çərçivəsində ölkəmizdə həyata keçirilmiş Çoxgöstəricili Klaster Sorğusu (MICS) üzrə işlər başa çatdırılmış və onun nəticələrinə dair hesabat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 526s nömrəli Sərəncamı ilə yaradılmış İstiqamətləndirici Komitənin 2024-cü il 4 sentyabr tarixli qərarı ilə təsdiq olunmuş, nəşr edilərək istifadəçilərə çatdırılmış, elektron variantı Dövlət Statistika Komitəsinin və UNlCEF-in rəsmi internet səhifələrində yerləşdirilmişdir.
Tam oxu
Xəbəri oxu