Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Dövlət Statistika Komitəsində geniş kollegiya iclası keçirilib

Dövlət Statistika Komitəsində geniş kollegiya iclası keçirilib

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dövlət statistika orqanlarının 2024-cü ildəki fəaliyyəti və 2025-ci ildə qarşıda duran vəzifələrlə bağlı fevralın 14-də Dövlət Statistika Komitəsi aparatı şöbələrinin, Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi, şəhər və rayon statistika idarələrinin rəhbərlərinin iştirakı ilə geniş kollegiya iclası keçirilib.

Dövlət Statistika Komitəsinin Mətbuat Xidmətindən “İki sahil”ə bildirilib ki, kollegiyanın sədri Tahir Budaqov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə 2024-cü ildə bütün sahələrdə sistemli və ardıcıl xarakterli islahatların həyata keçirildiyini, siyasi və iqtisadi idarəetmə metodlarının müasirləşdirildiyini, ölkəmizin dünyada nüfuzunun daha da artdığını diqqətə çatdırıb.

Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli statistika sisteminin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Komitə tərəfindən həyata keçirilən islahatlar və qurumun 2024-cü ildəki faəliyyəti barədə ətraflı məlumat verib. Qeyd edib ki, rəsmi statistika məlumatlarının müasir tələblərə uyğun hazırlanmasını, milli statistika sisteminin inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayan Dövlət Statistika Komitəsi 2024-cü ildə öz fəaliyyətini Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırılaraq təsdiq edilmiş Statistik işlər proqramı əsasında qurmuşdur. Bununla yanaşı, 2018-2025-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafına dair Dövlət Proqramından, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən, Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planından, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasından, Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiyadan, “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”ndan, “2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarından, digər normativ hüquqi aktlardan, BMT Baş Assambleyasının qəbul etdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn vəzifələrin icrası, eləcə də dəqiq və dolğun statistik məlumatlara, davamlı informasiya dəstəyinə olan tələbatın ödənilməsi məqsədilə Komitə tərəfindən zəruri işlər görülmüş, BMT, Avrostat, BVF, İƏİT, BƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində milli statistika sisteminin müasir çağırışlara uyğun inkişaf etdirilməsi, inzibati məlumatlardan istifadəni genişləndirməklə ölkənin dayanıqlı inkişafı ilə bağlı statistik informasiya təminatının təkmilləşdirilməsi və bu hədəflərə çatmaq üçün statistika sahəsində maddi-texniki bazanın və kadr potensialının möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlər davam etdirilmişdir.

Rəsmi statistik hesabatların elektron qəbulu səviyyəsinin artırılması məqsədilə görülmüş tədbirlər nəticəsində “Rəsmi statistik hesabatların təqdim edilməsi” elektron xidməti vasitəsilə hesabat formalarını elektron şəkildə təqdim edən hüquqi və fiziki şəxslərin xüsusi çəkisi 97,0 faizi ötmüşdür.

UNlCEF-lə əməkdaşlıq çərçivəsində ölkəmizdə həyata keçirilmiş Çoxgöstəricili Klaster Sorğusu (MICS) üzrə işlər başa çatdırılmış və onun nəticələrinə dair hesabat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 avqust tarixli 526s nömrəli Sərəncamı ilə yaradılmış İstiqamətləndirici Komitənin 2024-cü il 4 sentyabr tarixli qərarı ilə təsdiq olunmuş, nəşr edilərək istifadəçilərə çatdırılmış, elektron variantı Dövlət Statistika Komitəsinin və UNlCEF-in rəsmi internet səhifələrində yerləşdirilmişdir.

“2025-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 04 oktyabr tarixli, 357 nömrəli Qərarının icrası olaraq, 2024-cü il iyulun 15-dən avqustun 15-dək Ağsu rayonunun 3 inzibati ərazi dairəsi üzrə ümumilikdə 1942 təsərrüfatda kənd təsərrüfatının sınaq siyahıyaalınması keçirilmişdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının nümayəndəsinin iştirakı ilə siyahıyaalma heyəti üçün təlim təşkil olunmuş, siyahıyaalma zamanı ilk dəfə CAPI (Computer Assisted Personal Interviewing – kоmpüter vasitəsilə şəxsi müsahibə) üsulu ilə əldə ediləcək məlumatların planşet tipli kompüterlərə (planşetlərə) daxil edilməsi üçün hazırlanmış xüsusi proqram təminatları və siyahıyaalma vərəqəsi uğurla sınaqdan keçirilmiş, sayıcılar tərəfindən məlumatlar planşetlər vasitəsilə toplanmış və məlumat bazasına ötürülmüşdür.

Dayanıqlı İnkişaf Məqsədləri (DİM) göstəriciləri üzrə statistik məlumat bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilmiş, müvafiq dövlət qurumları ilə birgə əlavə olaraq 19 yeni göstərici üzrə məlumatların hazırlanmasına nail olunmuş və bununla da məlumat istehsalı təmin olunan DİM göstəricilərinin sayı 140-a çatdırılmışdır ki, onlardan da 109-u milli prioritet kimi müəyyən edilmiş göstəricilərdir. Bunlarla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 Dayanıqlı İnkişaf Məqsədinə minatəmizləmə fəaliyyəti ilə bağlı 18-ci Məqsədin əlavə edilməsi təşəbbüsü ilə 2024-cü ildə ilk dəfə olaraq milli 18-ci DİM (“Mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər”) göstəriciləri üzrə məlumatların toplanılmasına başlanmış və 14 göstərici üzrə məlumat istehsalı təmin edilmişdir.

Komitənin veb-səhifəsi (www.stat.gov.az) istifadəçilərin maraqlarının təmin edilməsi baxımından müntəzəm olaraq təkmilləşdirilmiş və yenilənmiş, məlumat bazaları əsas sosial-iqtisadi göstəricilər üzrə çoxsaylı cədvəlləri, təhlil və metodoloji materialları əhatə etmişdir. 2024-cü ildə internet səhifəsinə 91,3 faizi ölkə ərazisindən, 8,7 faizi isə xarici ölkələrdən olmaqla hər gün orta hesabla 10,4 min istifadəçi daxil olmuşdur.

Müxtəlif mövzular üzrə 32 adda illik statistik məcmuə və digər nəşrlər çap etdirilmiş, 52 təhlili məruzə və 125 mətbu-məlumat hazırlanmışdır. Statistik məcmuə və bülletenlərin elektron versiyaları Komitənin veb-səhifəsində yerləşdirilmişdir. Yerli statistika orqanları tərəfindən də rayon və şəhərlər üzrə illik statistik məcmuələr nəşr edilmiş, 264 təhlili məruzə hazırlanmışdır.

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 2024-cü ilin 5 dekabr tarixində keçirilmiş 71-ci iclasında qəbul edilmiş qərara əsasən, 2025-ci ildə sözügedən Şuraya rəhbərlik Azərbaycana keçmişdir.

Komitənin 87 əməkdaşı müxtəlif beynəlxalq təşkilat və xarici ölkələrin milli statistika qurumları tərəfindən təşkil edilmiş 63 onlayn tədbirdə, 60 əməkdaşı isə əyani formada keçirilən 64 tədbirdə iştirak etmiş, həmçinin Komitənin mütəxəssisləri beynəlxalq ekspert və işçi qruplarının tərkibində fəaliyyətlərini davam etdirmişlər.

Sonda kollegiya iclasına yekun vuran Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinin “Dövlət Nəzarəti İnformasiya Sistemi” vasitəsilə 2023-cü ilin yekunları üzrə qiymətləndirilməsinin nəticələrinə görə Komitənin mərkəzi icra hakimiyyəti orqanları arasında 1-ci mövqedə qərarlaşdığını diqqətə çatdıraraq qarşıda duran vəzifələrin bundan sonra da vaxtında və keyfiyyətlə icrası üçün qurumun müvafiq strukturlarına konkret tapşırıqlar vermişdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:306
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Fevral 2025 22:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri