Icma.az bildirir, Redaktor.az portalına istinadən. Dövlət xəstəxanalarında özəldəki kimi çeviklik heç vaxt olmayacaq.
Redaktor.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Səhiyyə İdarəçiləri Zirvəsi çərçivəsində keçirilən "Səhiyyədə yeni imkanlar" adlı paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, tibb müəssisələrinin idarəçiləri yalnız həkimlər olmalı deyil: "İdarəçilər başqa ixtisas sahibləri, əsasən maliyyəçilər və s.
şəxslər də ola bilər. Əsas olan xərc və gəlirlərin düzgün tənzimlənməsi, tibbi xidmətlərin zənginləşdirilməsidir.
Bu da sonda özəl xəstəxanalarda olduğu kimi dövlət tibb müəssisələrində aldığı xidmətdən məmnun qalsın.
Təbii ki, rəhbər şəxslərin qarşısına ilk mərhədə bu tələbi qoymaq düz deyil. Çünki menecerlik hər kəs üçün yenidir".
V.Qurbanov qeyd edib ki, icbari tibbi sığortanın tətbiqindən əvvəl ölkədə yalnız baş həkim var idi: "Direktor və inzibati idarəedici yox idi.
Bu insanları yetişdirmək lazım idi. Artıq dörd ilə yaxındır ki, postsovet dönəmindən aktiv sistemə keçid etmişik.