Icma.az
close
up
RU
Dövlət xəstəxanalarında özəldəki kimi çeviklik heç vaxt olmayacaq TƏBİB rəhbəri

Dövlət xəstəxanalarında özəldəki kimi çeviklik heç vaxt olmayacaq TƏBİB rəhbəri

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Dövlət xəstəxanalarında özəldəki kimi çeviklik heç vaxt olmayacaq.

Redaktor.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Səhiyyə İdarəçiləri Zirvəsi çərçivəsində keçirilən "Səhiyyədə yeni imkanlar" adlı paneldə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, tibb müəssisələrinin idarəçiləri yalnız həkimlər olmalı deyil:

"İdarəçilər başqa ixtisas sahibləri, əsasən maliyyəçilər və s. şəxslər də ola bilər. Əsas olan xərc və gəlirlərin düzgün tənzimlənməsi, tibbi xidmətlərin zənginləşdirilməsidir. Bu da sonda özəl xəstəxanalarda olduğu kimi dövlət tibb müəssisələrində aldığı xidmətdən məmnun qalsın. Təbii ki, rəhbər şəxslərin qarşısına ilk mərhədə bu tələbi qoymaq düz deyil. Çünki menecerlik hər kəs üçün yenidir".

V.Qurbanov qeyd edib ki, icbari tibbi sığortanın tətbiqindən əvvəl ölkədə yalnız baş həkim var idi:

"Direktor və inzibati idarəedici yox idi. Bu insanları yetişdirmək lazım idi. Artıq dörd ilə yaxındır ki, postsovet dönəmindən aktiv sistemə keçid etmişik. Xaricdən dəvət olunan mütəxəssislərin bu sahədə ölkədə təlim keçməsi önəmlidir".

Onun sözlərinə görə, artıq Avropa ölkələrinin Azərbaycanın tibb müəssisələrinə marağı artır.

"Köhnə və keçmişdə qalmış ideyaları olan rəhbər şəxslər bizlə ayaqlaşa bilmir. Çünki Azərbaycan səhiyyəsi və özəl sektor daim inkişaf edir. Dövlət tibb müəssisələrinin əsas hədəfi özəl xəstəxanalarla rəqabəti tam hazır formaya gətirməkdir. Təbii ki, bu da sağlam rəqabət olmalıdır. Çünki rəqabət olmadığı yerdə inkişaf da mümkün deyil. Dövlət xəstəxanaları inkişaf etdikcə artıq özəl tibb müəssisələrində göstərilən xidmətlərin sayı mümkün qədər məhdudlaşır".

V.Qurbanov qeyd edib ki, əgər vətəndaş regionda yaşadığı əraziyə yaxın yaxşı tibbi xidmət ala bilirsə, artıq Bakıya gəlməyə ehtiyac qalmır:

"Bu da öz növbəsində özəl xəstəxanalara müraciətlərin sayının azalmasına da səbəb olur. Özəl xəstəxanalar o səviyyədə inkişaf etməlidir ki, dövlət müəssisələri onlara çatmaq üçün daim çalışmalıdır. Çünki dövlət xəstəxanalarında özəldəki kimi çeviklik heç vaxt olmayacaq. Çünki müəyyən prosedurlar fərqlidir", - TƏBİB rəhbəri əlavə edib (Report).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:120
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Dekabr 2024 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri