DÖVLƏTƏ 3 MİLYON VERGİ BORCU VAR, AMMA... “Kontakt Home” borcunu ödəmək əvəzinə nə ilə məş…
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” şirkətinə məxsus “Nova Credit” Bank Olmayan Kredit Təşkilatının(BOKT) nizamnamə kapitalı kəskin artırılıb.“AzPolitika” xəbər verir ki, İqtisadiyyat.az-ın məlumatına görə, sözügedən şirkətə məxsus kredit təşkilatının nizamnamə kapitalı 1 milyon manatdan 9 milyon manata çatdırılıb.
Yəni, şirkət bu kredit təşkilatına böyük maliyyə vəsaiti yatırıb.
Ancaq məsələ ondadır ki, şirkətin dövlətə böyük məbləğdə borcu var və borcu ödəmək əvəzinə öz kredit təşkilatındakı vəsaitini artırmaqla məşğuldur.
Qeyd edək ki, ötən ilin dekabrın 1-də Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət tədbirləri nəticəsində “Nova Credit” BOKT MMC-də qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilib və kredit təşkilatının vəzifəli şəxsi 4 min manat cərimələnib.“Nova Credit” BOKT-nin sahibi “ABC-Telecom” şirkətidir.
Bu kredit təşkilatı 2023-cü ildə dövlət qeydiyyatına alınıb.
“ABC-Telecom” ötən ilin oktyabrından bəri dövlət qarşısında borcla üzləşib və həmin vaxt şirkətin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 7,7 milyon manata yaxın vergi borcunun olduğu üzə çıxıb.
Sonradan şirkət bu borcun miqdarını həmin ilin noyabrında 6,7 milyon manata, dekabrında 5,9 milyon manata,cari ilin əvvəlində isə 5,6 milyon manata endirə bilib.
Tam oxu
Xəbəri oxu