DÖVLƏTƏ 3 MİLYON VERGİ BORCU VAR, AMMA... “Kontakt Home” borcunu ödəmək əvəzinə nə ilə məşğuldur?
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanda “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” şirkətinə məxsus “Nova Credit” Bank Olmayan Kredit Təşkilatının(BOKT) nizamnamə kapitalı kəskin artırılıb.
“AzPolitika” xəbər verir ki, İqtisadiyyat.az-ın məlumatına görə, sözügedən şirkətə məxsus kredit təşkilatının nizamnamə kapitalı 1 milyon manatdan 9 milyon manata çatdırılıb. Yəni, şirkət bu kredit təşkilatına böyük maliyyə vəsaiti yatırıb. Ancaq məsələ ondadır ki, şirkətin dövlətə böyük məbləğdə borcu var və borcu ödəmək əvəzinə öz kredit təşkilatındakı vəsaitini artırmaqla məşğuldur.
Qeyd edək ki, ötən ilin dekabrın 1-də Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət tədbirləri nəticəsində “Nova Credit” BOKT MMC-də qanunvericiliyin tələblərinin pozulduğu müəyyən edilib və kredit təşkilatının vəzifəli şəxsi 4 min manat cərimələnib.
“Nova Credit” BOKT-nin sahibi “ABC-Telecom” şirkətidir. Bu kredit təşkilatı 2023-cü ildə dövlət qeydiyyatına alınıb.
“ABC-Telecom” ötən ilin oktyabrından bəri dövlət qarşısında borcla üzləşib və həmin vaxt şirkətin Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 7,7 milyon manata yaxın vergi borcunun olduğu üzə çıxıb.
Sonradan şirkət bu borcun miqdarını həmin ilin noyabrında 6,7 milyon manata, dekabrında 5,9 milyon manata,cari ilin əvvəlində isə 5,6 milyon manata endirə bilib. “ABC-Telecom” şirkətinin hazırda vergi borcunun miqdarı 2,97 milyon manat təşkil edir.

Beləliklə, “ABC-Telecom” ötən ilin oktyabrın 27-dən bu günə kimi dövlətə 4,7 milyon manat borc ödəməyə məcbur edilib ki, bu da ümumi borcun təxminən 61%-i deməkdir.
Məlumat üçün bildirək ki, Vergi Məcəlləsinin 23-cü maddəsinə əsasən vergi borcunun gecikdirilməsinə görə sanksiyalar nəzərdə tutulur.
Qeyd edək ki, ötən ilin noyabr ayında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Kontakt Home” əmtəə nişanı altında məişət texnikası, mobil telefonlar və elektronika məhsullarının satışını həyata keçirən “ABC-Telecom” şirkətinin haqsız rəqabətə yol verdiyi ilə bağlı məlumat yayıb. Qeyd edilib ki, mağazalar şəbəkəsinin “HOFFMANN” markalı elektrik qızdırıcılarının satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə etdiyi, məhsulların faktiki istehsalçısının Çin şirkəti olmasına baxmayaraq, qablaşdırmada Almaniyaya aid ifadə və təsvirlərdən istifadə etməklə onların həmin ölkədə istehsal olunduğu təəssüratı yaratdığı və bununla da, Rəqabət Məcəlləsinin tələblərini pozduğu müəyyən edilib. Yol verilmiş haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməmələri barədə “ABC-Telecom”a icrası məcburi göstərişlər verilib.
Xatırladaq ki, “ABC-Telecom” 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi və “Kontakt” mağazalar şəbəkəsinin baş direktoru Həsən İsrafilzadədir. Lakin mətbuatda şirkətin sabiq deputat Elnur Allahverdiyevə aid olduğuna dair məlumatlar yayılıb.
C.Məmmədli
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 21 Yanvar 2026 12:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















