Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Dövlətimizin beynəlxalq münasibətlərdə əməkdaşlıq çərçivəsində növbəti uğurları Davos Forumunda cənab Prezidentin timsalında davam etdirildi".
Newscenter.az xəbər verir ki, bunu "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. Onun sözlərnə görə, dövlət başçısının diplomatik təmasları, siyasi mesajları, investisiya və texnologiyalarla bağlı gündəlikdə olan məsələlər, o cümlədən ölkənin enerji və nəqliyyat perspektivi ilə bağlı mövqeyinin müdafiəsi diqqət mərkəzində idi:
"Bu məsələlərlə bağlı beynəlxalq tribunalarda ölkəmizin mövqeyinin mükəmməl və fundamental formada müdafiə olunması, Azərbaycanın qlobal dünyanın siyasi və iqtisadi çağırışları kontekstində mühüm töhfələrinin təbliğatı ölkəmizin siyasi nüfuzunu daha da möhkəmləndirir. Cənab Prezident Davos Forumunda regional iqtisadi rolumuzu və prioritetlərimizi təqdim etmək fürsətindən prinsipial milli mənafelərimizə uyğun olaraq məharətlə istifadə etdi.
Bəli, ölkəmizin gələcəyi üçün strateji qapılar açan nəticələrin əldə olunması, investorlarla birbaşa əlaqələr və etibarlılıq mesajları mühüm əhəmiyyət kəsb edir. Enerji və loqistika sahəsində mövqeyimizin güclənməsi, açılan yeni imkanlar sivil dünya ilə inteqrasiyamızı həm şaxələndirdi, həm də daha da gücləndirdi".
Mərkəz rəhbəri qeyd edib ki, lakin bəzi bədxahların, hər zaman olduğu kimi, Azərbaycanın uğurlarına olan allergiyalarından doğan parazitlikləri yenə özünü göstərdi:
"Əslində, hakimiyyətin apardığı düzgün siyasi xətt nəticəsində bu cür "allergik parazitlərin" sayı artıq kifayət qədər azalıb".
Süleyman