Dövlətimizin beynəlxalq münasibətlərdə əməkdaşlıq çərçivəsində növbəti uğurları
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Dövlətimizin beynəlxalq münasibətlərdə əməkdaşlıq çərçivəsində növbəti uğurları Davos Forumunda cənab Prezidentin timsalında davam etdirildi".
Newscenter.az xəbər verir ki, bunu "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. Onun sözlərnə görə, dövlət başçısının diplomatik təmasları, siyasi mesajları, investisiya və texnologiyalarla bağlı gündəlikdə olan məsələlər, o cümlədən ölkənin enerji və nəqliyyat perspektivi ilə bağlı mövqeyinin müdafiəsi diqqət mərkəzində idi:
"Bu məsələlərlə bağlı beynəlxalq tribunalarda ölkəmizin mövqeyinin mükəmməl və fundamental formada müdafiə olunması, Azərbaycanın qlobal dünyanın siyasi və iqtisadi çağırışları kontekstində mühüm töhfələrinin təbliğatı ölkəmizin siyasi nüfuzunu daha da möhkəmləndirir. Cənab Prezident Davos Forumunda regional iqtisadi rolumuzu və prioritetlərimizi təqdim etmək fürsətindən prinsipial milli mənafelərimizə uyğun olaraq məharətlə istifadə etdi.
Bəli, ölkəmizin gələcəyi üçün strateji qapılar açan nəticələrin əldə olunması, investorlarla birbaşa əlaqələr və etibarlılıq mesajları mühüm əhəmiyyət kəsb edir. Enerji və loqistika sahəsində mövqeyimizin güclənməsi, açılan yeni imkanlar sivil dünya ilə inteqrasiyamızı həm şaxələndirdi, həm də daha da gücləndirdi".
Mərkəz rəhbəri qeyd edib ki, lakin bəzi bədxahların, hər zaman olduğu kimi, Azərbaycanın uğurlarına olan allergiyalarından doğan parazitlikləri yenə özünü göstərdi:
"Əslində, hakimiyyətin apardığı düzgün siyasi xətt nəticəsində bu cür "allergik parazitlərin" sayı artıq kifayət qədər azalıb".
Süleyman
Bu mövzuda digər xəbərlər:ATMU da beynəlxalq əməkdaşlıq çərçivəsində növbəti görüş FOTO
02 Oktyabr 2025 12:20
Dövlətimizin tarixi uğurları və gələcəkdəki məqsədlərimiz
08 Yanvar 2026 13:03
Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir
16 Noyabr 2025 18:00
Bakıda keçirilən Forum çərçivəsində 10 beynəlxalq əməkdaşlıq memorandumu imzalanıb
29 Aprel 2025 19:07
Komitə rəsmisi: Beynəlxalq layihələr çərçivəsində türkdilli ölkələrlə əməkdaşlıq planlaşdırılır
17 Dekabr 2025 13:07
Baxış sayı:73
Bu xəbər 23 Yanvar 2026 14:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















