Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu mərhələdə ATB-nin bağlanması ehtimalı aşağıdır, çünki açıqlanan risklər kritik həddə çatmayıb və problemli kreditlərin səviyyəsi hələ bank sistemində təhlükəli sayılan göstəricilərdən xeyli aşağıdır.
Akif Nəsirli
“S&P-nin qiymətləndirməsi daha çox xəbərdarlıq xarakteri daşıyır və bildirir ki, yeni strategiya özünü doğrultmasa və risklər artmağa davam etsə, reytinqlər aşağı düşə bilər. Dövlətin bankdakı payının azalması ATB-nin əvvəlki kimi avtomatik dövlət dəstəyi alacağına zəmanəti zəiflədir, amma bu, dərhal bağlanma demək deyil. Bank yalnız kapital və likvidlik normativlərini davamlı şəkildə pozsa, öhdəliklərini yerinə yetirə bilməsə və bərpa tədbirləri nəticə verməsə bağlana bilər”-deyən iqtisadçı vurğulayıb ki, belə bir hal baş verərsə, fiziki şəxslərin 100 min manata qədər olan depozitləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılır və adi əmanətçilər üçün əsas risk məhduddur.
İradə Cəlil, Bizimyol.info