Icma.az
close
up
RU
Dövlətin bankdakı payının azalması ATB nin bağlanması demək deyil, sadəcə dövlət dəstəyi azala bilər

Dövlətin bankdakı payının azalması ATB nin bağlanması demək deyil, sadəcə dövlət dəstəyi azala bilər

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

"S&P Global Ratings" "Azər-Türk Bank" ASC (ATB) üzrə uzunmüddətli və qısamüddətli emitent kredit reytinqlərini "B+/B" səviyyəsində təsdiqləyib, proqnozu sabit saxlayıb. S&P bildirir ki, növbəti 12 ayda bankın kapitallaşma və risk mövqeyi əsasən sabit qalacaq. Risklə ölçülmüş kapital göstəricisinin (RAC) 2026-cı ildə 6–7,5% aralığında olacağı gözlənilir (2024-cü ilin sonunda 6,6%). S&P eyni zamanda qeyd edir ki, əvvəlki illərdə sürətli kredit artımı fonunda problemli kreditlərin payı arta bilər.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu mərhələdə ATB-nin bağlanması ehtimalı aşağıdır, çünki açıqlanan risklər kritik həddə çatmayıb və problemli kreditlərin səviyyəsi hələ bank sistemində təhlükəli sayılan göstəricilərdən xeyli aşağıdır.

Akif Nəsirli

“S&P-nin qiymətləndirməsi daha çox xəbərdarlıq xarakteri daşıyır və bildirir ki, yeni strategiya özünü doğrultmasa və risklər artmağa davam etsə, reytinqlər aşağı düşə bilər. Dövlətin bankdakı payının azalması ATB-nin əvvəlki kimi avtomatik dövlət dəstəyi alacağına zəmanəti zəiflədir, amma bu, dərhal bağlanma demək deyil. Bank yalnız kapital və likvidlik normativlərini davamlı şəkildə pozsa, öhdəliklərini yerinə yetirə bilməsə və bərpa tədbirləri nəticə verməsə bağlana bilər”-deyən iqtisadçı vurğulayıb ki, belə bir hal baş verərsə, fiziki şəxslərin 100 min manata qədər olan depozitləri Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılır və adi əmanətçilər üçün əsas risk məhduddur.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Dekabr 2025 17:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see666

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see294

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see290

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see272

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see270

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see232

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see229

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see224

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see202

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see197

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see180

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see176

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see174

Tramp indi açıq şəkildə iki istiqamətdə siyasət aparır

02 Fevral 2026 08:22see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see164

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see160

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see156

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see152

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see151

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri