Kulis.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu gün məşhur fransız şair və tənqidçi Şarl Bodlerin anım günüdür.
Kulis.az bu münasibətlə onun şeirlərini Şamil Zamanın tərcüməsində təqdim edir.
İnsan və dəniz
Əzizlərsən dənizi, həmişə, gözəl insan,
Dəniz - səninçün güzgü! Baxırsan
öz qəlbinə,
Çəkilən dalğasının sonsuz ənginliyinə...
Qəlbin, hissin, ümidin heçə dönür
bircə an...
***
Öz şəklinin qoynunda üzmək xoşuna gəlir
Ürəyini, əlini, gözlərini qucursan,
Bəzən gileylənirsən şəxsi həyəcanından, -
Azğın, vəhşi gileyin səsi qəlbini dəlir...
***
Həyatda təvazökar, sehrli hər ikiniz
İnsan, sənin qəlbini heç nə ölçə bilməyib, -
Dəniz, sənin sərvətin haqq-hesaba gəlməyib, -
Sirrinizi açmaqda ah, necə xəsissiniz!
***
Saya-hesaba gəlməz ötən illər, zamanlar,
Döyün bir-birinizi, vicdan əzabınız yox;
Siz ölümü, qırğını necə sevirsiniz çox,
Ey amansız qardaşlar, əbədi pəhləvanlar!
1857. Les Fleurs du Mal.
Gələn il "Michael" filminin davamı çəkiləcək Çarəsizliyin ifadəsi, fövqəltəbii güc və gizli agent – Helli Berrinin 3 yaddaqalan rolu Düşmənə hörmət, aliləşdirilən gündəlik həyat tablolarda... - Dieqo Velaskesin məşhur əsərləri