Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Cənubi Koreya Hərbi Hava Qüvvələri, döyüş təyyarələrindən birinin Gyeonggi əyalətində keçirilən təlim zamanı səhv yerə səkkiz bomba atdığını və nəticədə mülki şəxslərin yaralandığını bildirib.
Bizimyol.info xəbər verir ki, yerli hakimiyyət orqanlarından verilən məlumata görə, bombalar səhər saat 10:00 radələrində Poçeon şəhərinin kənd yaşayış massivinə düşüb.
Şiddətli partlayış nəticəsində ərazidəki evlərdə yaşayan 7 nəfərin yaralandığı, 1 kilsə və 6 binaya ziyan dəydiyi bildirilib.
Mövzu ilə bağlı Hərbi Hava Qüvvələri açıqlama verib. Yaralılardan 4-nün vəziyyətinin ağır olduğu və müalicələrinin davam etdiyi öyrənilib.
"Yonhap" xəbər agentliyinin verdiyi məlumata görə, Cənubi Koreya Poçeonda ABŞ ilə birgə canlı atəş təlimi keçirilib.
Cənubi Koreya Milli Yanğından Mühafizə Agentliyi bildirib ki, bombalar təlim zamanı kəndə düşüb və çox sayda sakini hadisə yerindən köçürülüb.
Soyadını Park deyən yerli sakin "Yonhap"a bildirib ki, qəza baş verən zaman evdə televizora baxırmış: "Birdən ildırım kimi böyük bir partlayış eşitdim və bütün ev titrədi.