Icma.az
close
up
RU
Döyüş təyyarəsi səhvən mülki əhalinin üzərinə bomba atıb

Döyüş təyyarəsi səhvən mülki əhalinin üzərinə bomba atıb

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Cənubi Koreya Hərbi Hava Qüvvələri, döyüş təyyarələrindən birinin Gyeonggi əyalətində keçirilən təlim zamanı səhv yerə səkkiz bomba atdığını və nəticədə mülki şəxslərin yaralandığını bildirib.

Bizimyol.info xəbər verir ki, yerli hakimiyyət orqanlarından verilən məlumata görə, bombalar səhər saat 10:00 radələrində Poçeon şəhərinin kənd yaşayış massivinə düşüb.

Şiddətli partlayış nəticəsində ərazidəki evlərdə yaşayan 7 nəfərin yaralandığı, 1 kilsə və 6 binaya ziyan dəydiyi bildirilib. Mövzu ilə bağlı Hərbi Hava Qüvvələri açıqlama verib. Yaralılardan 4-nün vəziyyətinin ağır olduğu və müalicələrinin davam etdiyi öyrənilib.

"Yonhap" xəbər agentliyinin verdiyi məlumata görə, Cənubi Koreya Poçeonda ABŞ ilə birgə canlı atəş təlimi keçirilib. Cənubi Koreya Milli Yanğından Mühafizə Agentliyi bildirib ki, bombalar təlim zamanı kəndə düşüb və çox sayda sakini hadisə yerindən köçürülüb.

Soyadını Park deyən yerli sakin "Yonhap"a bildirib ki, qəza baş verən zaman evdə televizora baxırmış: "Birdən ildırım kimi böyük bir partlayış eşitdim və bütün ev titrədi. Mən çıxanda hər şey xaos içində idi", - deyə Park bildirib. Təxminən bir kilometr aralıda yerləşən qocalar evinin sakinləri də binanın qəfil silkələndiyini və pəncərələrin sındığını bildiriblər.

Hərbi Hava Qüvvələrindən verilən açıqlamada: “Səkkiz MK-82 bombası Hərbi Hava Qüvvələrinə məxsus "KF-16" təyyarəsindən səhv atılıb və təyin olunmuş atəş zonasından kənara düşüb. Biz mülki əhalinin tələfatına səbəb olan qəsdən törədilmiş partlayışdan dərin kədərlənirik və yaralananların tezliklə sağalmasını arzu edirik. Biz bütün lazımi tədbirləri, o cümlədən dəymiş ziyanın ödənilməsini fəal şəkildə təşkil edəcəyik”, - deyə bildirib.

Hadisə ilə bağlı araşdırma başlanarkən beynəlxalq qurumlar bölgədən ilk görüntüləri oxucuları ilə paylaşıb.

Cənubi Koreya mətbuatında yer alan xəbərə görə, təsadüfən əraziyə dəyən MK-82 sərbəst düşmə bombasının təsirli məhv silahı olduğu bidirilib.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 Mart 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri