Icma.az bildirir, Azvision saytına əsaslanaraq. Bu fikirlər “Forbes”də dərc olunan məqalədəndir.
Nəşr yazıb ki, internetdə yayılan rus tanklarının partlamasınə əks etdirən minlərlə heyrətamiz videoların ərsəyə gəlməsində dronların böyük rolu var.
İndi dünya əsl dron müharibələrini müşahidə edir, Pilotsuz Uçuş Aparatlarının (PUA) milyonlarla dəyəri olan silahları asan şəkildə sıradan çıxarması isə artıq adi hal alıb.
Müharibədə yeni dövr başlayır: "Viruslu" PUA-lar Dron bölmələri tərəfindən təqdim edilən görüntü və məhvetmə əməliyyatlarına dair digər məlumatları müəyyən dairələr tərəfindən yaxından izlənilir: "Çünki bu, həmin bölmələrin növbəti ay neçə yeni dron əldə edəcəyini müəyyənləşdirən bal sisteminə təsir edir.
Ümumiyyətlə isə bu cür məlumatlar etibarlı hesab olunur", - məqalədə yazılıb. Müəllif qeyd edib ki, xüsus maraq doğuran iki dron növü var.
Bunlar FPV dronları və nadir hallarda görülən "Baba Yaga" adlı gecə bombardmançılarıdır. Onların arasında böyük fərq var.
Bu ağır dronlar daha güclü silahlar daşıya bilsə də, onların hücumları proseslərə daha az təsir edir.
Adətən, kadrlara yalnız termal görüntüləmə cihazı ilə bir parıltı düşür.