Icma.az
close
up
RU
Dron müharibələri: Forbes rusların kabusundan yazdı

Dron müharibələri: Forbes rusların kabusundan yazdı

Icma.az bildirir, Azvision saytına əsaslanaraq.

Bu fikirlər “Forbes”də dərc olunan məqalədəndir. Nəşr yazıb ki, internetdə yayılan rus tanklarının partlamasınə əks etdirən minlərlə heyrətamiz videoların ərsəyə gəlməsində dronların böyük rolu var. İndi dünya əsl dron müharibələrini müşahidə edir, Pilotsuz Uçuş Aparatlarının (PUA) milyonlarla dəyəri olan silahları asan şəkildə sıradan çıxarması isə artıq adi hal alıb.
Müharibədə yeni dövr başlayır: "Viruslu" PUA-lar Dron bölmələri tərəfindən təqdim edilən görüntü və məhvetmə əməliyyatlarına dair digər məlumatları müəyyən dairələr tərəfindən yaxından izlənilir: "Çünki bu, həmin bölmələrin növbəti ay neçə yeni dron əldə edəcəyini müəyyənləşdirən bal sisteminə təsir edir. Ümumiyyətlə isə bu cür məlumatlar etibarlı hesab olunur", - məqalədə yazılıb.
Müəllif qeyd edib ki, xüsus maraq doğuran iki dron növü var. Bunlar FPV dronları və nadir hallarda görülən "Baba Yaga" adlı gecə bombardmançılarıdır. Onların arasında böyük fərq var. Bu ağır dronlar daha güclü silahlar daşıya bilsə də, onların hücumları proseslərə daha az təsir edir. Adətən, kadrlara yalnız termal görüntüləmə cihazı ilə bir parıltı düşür. Hədəfin nə olması və ya onun nə dərəcədə zədələnməsi barədə isə heç bir aydın izahat və ya fakt olmur.
"Ptax Madyara"nın təqdim etdiyi məlumatlara görə, onlar bu ay 7874 FPV dronundan istifadə ediblər ki, bu da bütün dron hücumlarının 67%-ni təşkil edib. Həmçinin qeyd edilib ki, hücumların təxminən 31%-i 3582 uçuşla ağır bombardmançı dron növünə aiddir. Bu dronlar adətən FPV-lərdən daha ağır hərbi sursat daşıya bilirlər", - "Forbes" yazıb.
Hücumların qalan 2%-i, ehtimal ki, kiçik bomba daşıyan "Mavic" tipli dronlar tərəfindən həyata keçirilib.
Ukraynalıların pilotsuz təyyarə ilə həyata keçirdiyi əməliyyatlara dair videoları izləyən OSINT-in analitiki Endryu Perpetua da dron döyüşlərini effektli sayıb. O, belə hesab edir ki, gecə bombardmançılarının effektivliyi nə əcəbsə elə də yüksək qiymətləndirilmir. O, həmçinin deyib ki, belə dronların zərbələrinin nəticələri çox vaxt artilleriya hücumlarından fərqlənmir.
Qeyd edək ki, nəşrin haqqında söz açdığı "Ptax Madyara" alayı rusların kabusu adlandırılır.
"Forbes" nəşri bir neçə gün öncə də Ukrayna dronları mövzusunda diqqət çəkən məqalə dərc etmişdi. Sayt yazıb ki, Rusiya əsgərlərinin ələ keçirdikləri Ukrayna PUA-ları hərbçilərin texniki sistemlərinə zərərli proqramlar "yoluxdurur".
Həmçinin nəşr mart ayında yazıb ki, Ukrayna əsgərləri Toretsk istiqamətində yeni "Seth" adlı Pilotsuz Uçuş Aparatlarından (PUA) istifadə etməyə başlayıblar.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural Tağıyev
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 Aprel 2025 09:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see377

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see318

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see300

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see275

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see267

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see259

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see247

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see240

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see235

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see223

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see212

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see198

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see198

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see193

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see192

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see190

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see187

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see179

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see176

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri