“Dronlar hələ də havadadır” Ukrayna əsgəri atəşkəsdən danışdı | Icma.az
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya elan etdiyi atəşkəsə baxmayaraq, Ukraynanın dörd bölgəsində döyüşlərin davam etdiyini deyib.
Moskva bildirib ki, rus əsgərləri Ukrayna qüvvələrinin hücumlarına cavab verməyə məcbur qalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Ukrayna isə Rusiyanın atəşkəsə əməl etmədiyini bildirərək bu təşəbbüsü “saxta” adlandırıb.
Kiyev atəşkəsə qoşulmayıb, əvəzində ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi 30 günlük atəşkəs çağırışına dəstək verir.
Rusiya Müdafiə Nazirliyi verdiyi açıqlamada bildirir ki, Rusiya qüvvələri atəşkəsə əməl edir və əvvəlki mövqelərdə qalır, lakin nazirlik Ukraynanın pozuntularına cavab olaraq müəyyən hərbi əməliyyatlar həyata keçirdiklərini də etiraf edib.
Nazirliyin iddiasına görə, Ukrayna qüvvələri Sumı, Zaporojye və Xerson bölgələrində, həmçinin Donetsk vilayətindəki 12 yaşayış məntəqəsi yaxınlığında hücumlar təşkil edib.
Tam oxu
Xəbəri oxu