Icma.az
close
up
RU
“Dronlar hələ də havadadır” Ukrayna əsgəri atəşkəsdən danışdı

“Dronlar hələ də havadadır” Ukrayna əsgəri atəşkəsdən danışdı

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiya elan etdiyi atəşkəsə baxmayaraq, Ukraynanın dörd bölgəsində döyüşlərin davam etdiyini deyib. Moskva bildirib ki, rus əsgərləri Ukrayna qüvvələrinin hücumlarına cavab verməyə məcbur qalıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Ukrayna isə Rusiyanın atəşkəsə əməl etmədiyini bildirərək bu təşəbbüsü “saxta” adlandırıb. Kiyev atəşkəsə qoşulmayıb, əvəzində ABŞ Prezidenti Donald Trampın dəstəklədiyi 30 günlük atəşkəs çağırışına dəstək verir.

Rusiya Müdafiə Nazirliyi verdiyi açıqlamada bildirir ki, Rusiya qüvvələri atəşkəsə əməl edir və əvvəlki mövqelərdə qalır, lakin nazirlik Ukraynanın pozuntularına cavab olaraq müəyyən hərbi əməliyyatlar həyata keçirdiklərini də etiraf edib.

Nazirliyin iddiasına görə, Ukrayna qüvvələri Sumı, Zaporojye və Xerson bölgələrində, həmçinin Donetsk vilayətindəki 12 yaşayış məntəqəsi yaxınlığında hücumlar təşkil edib. Bildirilir ki, bu hücumlar Rusiya qüvvələri tərəfindən dəf edilib.

Zaporojye bölgəsindəki səyyar hospitalda olan yaralı bir ukraynalı əsgər isə “Reuters”ə müsahibəsində deyib: “Heç bir atəşkəs yoxdur, heç nə dəyişməyib. Artilleriya atəşi əvvəlki kimi davam edir, dronlar da eyni qaydada uçur”.

Rusiya əlavə olaraq iddia edib ki, Ukrayna dörd dəfə Rusiyanın Kursk və Belqorod bölgələrinə keçməyə cəhd göstərib, lakin bu cəhdlərin nə vaxt baş verdiyi açıqlanmayıb.

Qeyd edək ki, Prezident Vladimir Putin tərəfindən İkinci Dünya müharibəsində əldə edilən qələbənin 80 illiyi münasibətilə elan olunan 72 saatlıq atəşkəs bu gecə başa çatır.

Aysel Əliyeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 May 2025 21:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri