Axsham.az saytına istinadən Icma.az xəbər verir. Xəbər verdiyimiz kimi, 20 yaşlı ukraynalı model Mariya Kovalçukun Dubayda küçədə huşsuz vəz
Axşam.az xəbər verir ki, sağalan model aparıcı Ksenya Sobçaka ilk müsahibəsini verib. O, həmin gün başına gələnlərdən danışıb.
Kovalçukun sözlərinə görə, martın əvvəlində dostları ilə görüşmək üçün Dubaya uçub.
Daha sonra rəfiqələri Rusiyaya qayıdıb, Mariya tək qalıb və yaşadığı Taylanda qayıtmağı planlaşdırıb.
Ancaq onun bileti yanıb, oteldə qalmağa imkanı olmayıb. Həmin an Mariya bir gün əvvəl karaokedə tanış olduğu adamı görüb, ona hər şeyi danış
Onunla hotelə gedib. Qızın dediyinə görə, kişi onu hotelində qalmağa dəvət edib ki, daha sonra şəxsi təyyarə ilə Taylanda uçsunlar.
Artem Papazov atası ilə Dubayda yaşayır və çalışır. Oğlan atasının özəl jeti ilə onu taylanda çatdıracağına söz verib.
Mariya gedəndə otaqda ondan başqa daha iki qız və üç kişi olub. Əvvəl hər şey sakit olub, onlar söhbət edib, birlikdə vaxt keçiriblər.