Icma.az
close
up
RU
Dubayda 20 yaşlı modeli döyən rus biznesmenin oğlu imiş

Dubayda 20 yaşlı modeli döyən rus biznesmenin oğlu imiş

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, 20 yaşlı ukraynalı model Mariya Kovalçukun Dubayda küçədə huşsuz vəziyyətdə tapılması dünya gündəmini zəbt edib.

Axşam.az xəbər verir ki, sağalan model aparıcı Ksenya Sobçaka ilk müsahibəsini verib. O, həmin gün başına gələnlərdən danışıb. 

Kovalçukun sözlərinə görə, martın əvvəlində dostları ilə görüşmək üçün Dubaya uçub. Daha sonra rəfiqələri Rusiyaya qayıdıb, Mariya tək qalıb və yaşadığı Taylanda qayıtmağı planlaşdırıb. Ancaq onun bileti yanıb, oteldə qalmağa imkanı olmayıb. Həmin an Mariya bir gün əvvəl karaokedə tanış olduğu adamı görüb, ona hər şeyi danışıb. Onunla hotelə gedib. 

Qızın dediyinə görə, kişi onu hotelində qalmağa dəvət edib ki, daha sonra şəxsi təyyarə ilə Taylanda uçsunlar. Artem Papazov atası ilə Dubayda yaşayır və çalışır. Oğlan atasının özəl jeti ilə onu taylanda çatdıracağına söz verib. 

Mariya gedəndə otaqda ondan başqa daha iki qız və üç kişi olub. Əvvəl hər şey sakit olub, onlar söhbət edib, birlikdə vaxt keçiriblər. Ertəsi gün isə hər şey başqa cür olub. Kişilər spirtli içki qəbul etdikdən sonra aqresiv olmağa başlayıblar. 

Mariya deyib ki, onların istəkləri başlayıb və "yox" dedikdə mübahisə düşüb:

"Nə üşüm içki içmədiyimə görə üstümə gəldilər. Daha sonra onlar zarafat etməyə başladılar ki, sən bizə aidsən, səninlə nə istəsək edəcəyik. Bunu onların zarafatı kimi qəbul etməyə çalışdım. Çünki həqiqətən çox qəribə idi. Özlərini qeyri-adekvat aparırdılar. Şüşələri yerə çırpmağa başladılar. Bütün döşəmə şüşə qırıqları idi. Orada yerimək mümkün deyildi. Sonra daha kobud olmağa başladılar, pəncərələri sındırdılar, şəxsi əşyalarımı götürdülər. Orada pasportumuz da var idi. Aleksandra Mersalova adlı qız mənim əşyalarımı geyindi və getdi. Ona dedim ki, bunu etmə, əşyalarımı ver. Bundan sonra daha aqresiv oldular.  Getmək istədiyimi deyəndə, əsəbləşdilər".

Qız Ksenya Sobçakın "İntim münasibət istəyirdilər" sualına belə cavab verib:

"Onlar mənimlə intim münasibətdə olmaq istəyirdilər. Onlara cavab vermədiyim üçün aqressivləşdilər. Məni qorxcutmağa başladılar. Anladım ki, heç nə yolunda deyil. Qonşunun eyvanına keçib kömək istəməyə çalışdım. Məni dartıb otağa saldılar. Artyom və Aleksandr idi. Onlar eyvanda olanda mən oteldən qaçşmağa çalışdım. Arxamca qaçmağa başladılar. Səsləri eşitdim, arxamca çıxıb qapını çırpdılar. Qaçdım, küçədə onları görmədim. Yaxındakı binaya girdim və gizləndim. Hələ tikintisi bitməyən bina idi. Orada oturub onların səsini eşidirdim. Başıma zərbə vurduqlarını düşünürəm. Sonra heç nə xatırlamıram. Bir xatırladığım küçədən keçən maşından kömək istəməyimdir".

Kovalçuka onurğa sütununun, qolların və ayaqların sınığı diaqnozu qoyulub. Tibbi ekspertiza cinsi zorakılığı təsdiqləməyib. Mariya iddia edir ki, onunla birlikdə otaqda 19 yaşlı Artem Papazov - Donetskli iş adamı Oleq Papazovun oğlu ("Cinnabon" and "Pubs Burger" franşizasının sahibi), 20 yaşlı Maksim Kraşeninnikov və 29 yaşlı belarusiyalı Axanleski olub. 

Kovalçukun sözlərinə görə, kişilər polis tərəfindən dindirilib, lakin tezliklə sərbəst buraxılıblar və "kafi dəlil olmadığı" üçün iş bağlanıb. Versiyalardan birinə görə, Mariya sərxoş olub və intihara cəhd edib. Mariya hazırda reabilitasiya mərhələsindədir və o, əlil arabasından istifadə edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:229
embedMənbə:https://axsam.az
archiveBu xəbər 23 İyul 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see317

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see312

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see310

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see306

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see306

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see286

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see285

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see282

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see264

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see256

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see252

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see240

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see239

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see238

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see227

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see219

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see218

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see213

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri