Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məşhur rus filosofu Aleksandr Dugin hesab edir ki, miqrantlar xristianlığı qəbul etməli və Rusiyada qalmaq üçün rus halına gəlməlidirlər.
İslamı qorumaq istəyənlər üçün, o, xüsusi şərtlər təqdim edir: “Kişilər Ukraynadakı Rusiya ordusunun sıralarında mübarizə aparmalı və qadınlar hicablarda "Z" simvolu geyinib orduya kömək etməlidirlər”.
Həmçinin filosof hesab edir ki, Rusiyada yaşayan hərkəs provaslav ənənələri ilə yaşamalıdır.
Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Dugin kimi birinin belə fikirlər irli sürməsi çox düşündürücüdür.
Deputat qeyd edib ki, Duginin ictimai-siyasi fəaliyyəti, ideoloji baxış bucağı və kifayət qədər şovinist bir əhval ruhiyyədə köklənmiş fəlsəfi düşüncələri hamıya məlumdur: “Sadəcə olaraq, Duginin bir filosof olaraq belə bir təklif irəli sürməsi bir az mənə qəribə gəldi.
Burada ifrat irqçilik, ifrat millətçilik rüşeymləri qabarıq şəkildə özünü büruzə verir və onun digər ideoloji baxış bucaqlarında bu özünü göstərir.
Amma bu məcburi assimilyasiya prinsipini dilə gətirərkən mənim yadıma orta əsrdə mövcud olan bir çox dövlətlərə xas bu assimilyasiya siyasəti düşdü.