Icma.az
close
up
RU
Duginin miqrantlarla bağlı absurd çağırışları Rusiyadakı cəmiyyət tərəfindən müsbət qarşılana bilməz

Duginin miqrantlarla bağlı absurd çağırışları Rusiyadakı cəmiyyət tərəfindən müsbət qarşılana bilməz

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məşhur rus filosofu Aleksandr Dugin hesab edir ki, miqrantlar xristianlığı qəbul etməli və Rusiyada qalmaq üçün rus halına gəlməlidirlər. İslamı qorumaq istəyənlər üçün, o, xüsusi şərtlər təqdim edir: “Kişilər Ukraynadakı Rusiya ordusunun sıralarında mübarizə aparmalı və qadınlar hicablarda "Z" simvolu geyinib orduya kömək etməlidirlər”. Həmçinin filosof hesab edir ki, Rusiyada yaşayan hərkəs provaslav ənənələri ilə yaşamalıdır.

Milli Məclisin deputatı Azər Allahverənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Dugin kimi birinin belə fikirlər irli sürməsi çox düşündürücüdür. Deputat qeyd edib ki, Duginin ictimai-siyasi fəaliyyəti, ideoloji baxış bucağı və kifayət qədər şovinist bir əhval ruhiyyədə köklənmiş fəlsəfi düşüncələri hamıya məlumdur: “Sadəcə olaraq, Duginin bir filosof olaraq belə bir təklif irəli sürməsi bir az mənə qəribə gəldi. Burada ifrat irqçilik, ifrat millətçilik rüşeymləri qabarıq şəkildə özünü büruzə verir və onun digər ideoloji baxış bucaqlarında bu özünü göstərir. Amma bu məcburi assimilyasiya prinsipini dilə gətirərkən mənim yadıma orta əsrdə mövcud olan bir çox dövlətlərə xas bu assimilyasiya siyasəti düşdü. Avropadan Amerikaya doğru müstəmləkəçilərin yürüşləri, dəniz aşırı dövlətlərdə həyata keçirdiyi müstəmləkəçilik siyasəti, eyni zamanda Afrikanın bir sıra dövlətlərində bu gün də hətta dünyanın bəzi aparıcı dövlətləri tərəfindən buna bənzər yəni müstəmləkəçilik siyasətinin həyata keçirilməsi məhz bu tipli davranışlar və bu tipli düşüncə tərzindən irəli gəlir. Geyiminin dəyişdirilməsi, hansı simvolikadan istifadə olunması və digər məsələlər, yəni milli identikliyə zərbə vura biləcək elementlərdən istifadə edilməlidir deyə vahid bir rus identikliyinin formalaşdırılması absurd görünən bir məsələdir”-deyən deputat hesab edir ki, bu fikirlərin özü belə Rusiya Federasiyasının Konstitusiyasına ziddir. Konstitusiyada yer almış demokratik prinsiplərə uyğun formalaşmış müddəalara ziddir. İstənilən halda insan hüquqlarına zidd şəkildə dilə gətirilən və zidd şəkildə özünü büruzə verə biləcək bir hərəkətlərin sərgiləməsindən söhbət gedir”.

Azər Allahverənov

“Rusiya çoxmillətli bir dövlət olduğunu bildirən deputat qeyd edib ki, Rusiyada müsəlmanların sayı da kifayət qədər çoxdur və müxtəlif mənbələrdə bir neçə 10 milyonluq müsəlman icmasının mövcudluğu barədə də fikirlər dolaşmaqdadır. Rusiya əhalisinin sayı, 140 milyondursa, müsəlmanların sayı 20 milyondur. Amma digər dini etiqad mənsubları olan şəxslər də var və onların da bu pravoslav kilsənin hansısa bir prinsiplərinə uyğun xristianlaşdırılması necə baş verəcək? Yoxsa, bu geyimdə hansısa simvolika istifadə olunması yalnız müsəlmanlaramı aiddir? İndi deyək ki, pravoslavlığı qəbul edən şəxslər rus sayılacaq. Burada sual doğur ki, bəs bu katolik məzhəbinə aid olan şəxslər lüteran, baptistlər, induslar və ya digərləri? Misal üçün, bu gün Koreyadan olan şəxslər var. Onlar Kursk vilayətində döyüşlərdə iştirak edir. Onlar da provaslav olub, rus sayılacaq?”-deyə deputat qeyd edib.

“Qeyd etdiyim kimi, ideya çox mənə qəribə gəldi ki, bu filosof tərəfindən bu formada dilə gətirilir. Mənim üçün bu çox kifayət qədər absurd bir fikirdir. Dünyada assimilyasiya nümunələri var. Bir çox dövlətlərdə bu gün miqrantlara qarşı çıxışlar baş verir.

Hesab edirlər ki, miqrantlar və cəmiyyət üçün əlavə problemlər yaradır, əmək bazarına çıxışları məhdudlaşdırır və müxtəlif ölkələrin, hətta demoqrafiyasına belə təsir edə bilir. O dövlətlər bu gün fikirləşirlər ki, necə edək ki, bu miqrantlar bu cəmiyyətin tam hüquqlu üzvünə çevrilsinlər, onları bu cəmiyyətə inteqrasiya etsinlər və cəmiyyət də maksimum onlardan faydalansın. Amma heç kəs düşünmür ki, necə edək ki, bunları biz assimilyasiya edək”-deyən Azər Allahverənov vurğulayıb ki, assimilyasiya ümumiyyətlə orta əsr münasibətlərinə xas olan bir davranışdır.

“XXI əsrdə assimilyasiya elementini dilə gətirən şəxslər onlar çox böyük bir tarixi səhvlərə yol veriblər. Əsrlər boyu hansısa xalqları assimilyasiya etmək istəyən böyük imperialist ölkələr, dövlətlər, onlar fiaskoya uğradılar və nəticə etibarilə də bu gün onlar onun ağır nəticələrini yaşamaqdadır. Assimilyasiya heç də uğurlu alət sayılmadı.

Bu gün Rusiya kimi nəhəng bir dövlət, daxili problemləri kifayət qədər çox olan bir dövlətdə millətlərarası münasibətlər üzrə bir çox problemlərin büruzə verməsi, burada Orta Asiya respublikaları olan miqrantların pravoslavı qəbul edərək hamısının rus adlanmasını istəyirsə, bu da səhv yanaşmadır. Çünki müsəlman icmalarının sayı kifayət qədər sürətlə böyüməkdədir. Bu tipli belə absurd fikirlərlə, hətta bundan irəli gələn hansısa bir davranışlarla bunun qarşısını ala bilməyəcəklər.

Bu gün Qafqaz bölgəsi, Rusiyanın tam mərkəzində - Tatarıstan, Başqırdıstan, Yakutiya kimi respublikalar var. Bu respublikalarda müsəlman icmasının mövqeləri də, mərkəzi hakimiyyət orqanlarına münasibəti də bəllidir. Bunun üçün onların pravoslav olması lazım deyil ki, onlar da rus adlansınlar. Ümumiyyətlə, rus dedikdə rus xalqı var, bir də var rusiyalılar. Orada yaşayan digər xalqlar da rusiyalılar adlanır. Yəni tacikin və ya digər millətin provaslav oldu deyə rus olması absurd fikirdir. Çünki hətta çar Rusiyası dönəmində belə, müəyyən məhdudiyyətlər var idi. Rusiyanın aparıcı universitetlərində oxumaq, təhsil almaq, işləmək, hətta maqabitan dinindən olan şəxslərin müəyyən məhdudiyyət yaradırlar ki, onlar sonradan pravoslavlığı qəbul edə bilər. Amma yenə də onların milləti dəyişmirdi. Yəni onlar da öz millətində qalırdılar, sadəcə din olaraq pravoslav dinini qəbul edirdilər. Hətta Orta Çar Rusiyası dönəmində, Rusiya imperiyası dönəmində belə bu tip yanaşmalar yoxdur.

Duginin bu kimi təklifləri və ideyaları Rusiya tarixinin hansı dönəminə aid ola bilər? Düşünmürəm ki, praqmatik düşüncəyə sahib olan şəxslər bu ideyanı müsbət bir hal kimi dəyərləndirə. Müəyyən millətçi, irqçi qüvvələr var, şovnist və imperialist düşünən şəxslər var ki, onlara bunu “urra” ilə qarşılaya bilər, bunu təqdir edə bilərlər. Amma reallıqda, ağlabatan məsələ deyil”-deyən deputat hesab edir ki, bu çağırışlar Rusiyada elə cəmiyyətin özü tərəfindən belə çox böyük təmtəraqla və ya müsbət qarşılana bilməz.

“Çoxmillətli Rusiya və çox dini konfessional məzhəblərin mövcud olduğu Rusiyanın özündə bu tipli çağırışların edilməsi, hətta dinlər arasında müəyyən xoşagəlməz hadisələrin və neqativ meyllərin formalaşmasına gətirib çıxara bilər”-deyə Azər Allahverənov qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 05 Sentyabr 2025 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see240

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see199

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see177

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see177

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see168

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see160

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri