GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Polşanın Baş naziri Donald Task Almaniyanın kansleri Fridrix Merts ilə keçirdiyi birgə mətbuat konfransı zamanı Berlin hökumətini İkinci Dünya müharibəsi müddətində alman işğalının hələ də sağ olan polşalı qurbanlarına mümkün qədər tez bir zamanda təzminat veməyə çağırıb.
“Əgər siz həqiqətən də bu jesti etmək istəyirsinizsə, tələsin”, – deyə, Task qeyd edib.
Baş nazir xatırladıb ki, nasistlərin əməllərindən zərər görmüş Polşa vətəndaşlarının sayı tədricən azalmaqdadır.
Hələ 2024-cü ilin iyun ayında Almaniyanın əvvəlki kansleri Olaf Şolts polyaklara təzminatın ödəniləcəyini vəd edən zaman Polşada alman işğalının həyatda olan qurbanlarının sayı təxminən 60 min nəfər idi.
İndi isə onların sayı təxminən 50 min nəfərdir. Bununla yanaşı, Task xəbərdarlıq edib ki, əgər Almaniya yaxın zamanda təzminat məsələləri il
Merts isə bu müraciətə cavabında deyib ki, Almaniya Polşa qarşısında öz tarixi məsuliyyətini çox gözəl anlayır və danışıqları davam etdirir.
Lakin Merts bu məsələ üzrə konkret bəyanat verməkdən çəkinib. Polşanın Almaniyadan təzminat tələbi yeni deyil.