Dünya Azərbaycanlı Alimlər Birliyini media nümayəndələrini təbrik edib | Icma.az
Icma.az, 525.az saytına istinadən bildirir. Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) Milli mətbuatın 150 illiyi münasibətilə media nümayənd
525-ın məlumatına görə, təbrikdə deyilir: “Bu gün Azərbaycan xalqı Milli Mətbuat Gününün 150 illiyini qeyd edir!
150 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu.
Milli Mətbuat Günü sadəcə bir bayram deyil – bu gün həm də ölkənin informasiya tarixinin başlanğıcını simvolizə edir!
Biz, DAAB üzvləri mətbuat sahəsində çalışan bütün jurnalistləri, redaktor və fotojurnalistləri, media işçilərini təbrik edir, mətbuatın necə böyük bir maarifçilik və vətəndaşlıq missiyası daşıdığını, işinizin əhəmiyyətini vurğulamaq istəyirik!
1875-1877-ci illər ərzində fəaliyyət göstərən qəzetin 56 nömrəsi işıq üzü gördü və "Əkinçi"nin nəşri bütün Qafqazda əks-səda doğurdu.
“Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoymuş oldu.
XIX əsrin ikinci yarısında Zaqafqaziya bölgəsində baş verən ictimai-siyasi və mədəni proseslər, maarifçilik ideyalarının yayılması Azərbaycanda da maarifçi ziyalıların formalaşmasına şərait yaratmışdı.
Tam oxu
Xəbəri oxu