Icma.az
close
up
RU
Dünya Azərbaycanlı Alimlər Birliyini media nümayəndələrini təbrik edib

Dünya Azərbaycanlı Alimlər Birliyini media nümayəndələrini təbrik edib

Icma.az, 525.az saytına istinadən bildirir.

Dünya Azərbaycanlı Alimlər Birliyi (DAAB) Milli mətbuatın 150 illiyi münasibətilə media nümayəndələrini təbrik edib. 

525-ın məlumatına görə, təbrikdə deyilir: “Bu gün Azərbaycan xalqı Milli Mətbuat Gününün 150 illiyini qeyd edir! 150 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçilik hərəkatının görkəmli nümayəndələrindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Milli Mətbuat Günü sadəcə bir bayram deyil – bu gün həm də ölkənin informasiya tarixinin başlanğıcını simvolizə edir! Biz, DAAB üzvləri mətbuat sahəsində çalışan bütün jurnalistləri, redaktor və fotojurnalistləri, media işçilərini təbrik edir, mətbuatın necə böyük bir maarifçilik və vətəndaşlıq missiyası daşıdığını, işinizin əhəmiyyətini vurğulamaq istəyirik! 

1875-1877-ci illər ərzində fəaliyyət göstərən qəzetin 56 nömrəsi işıq üzü gördü və "Əkinçi"nin nəşri bütün Qafqazda əks-səda doğurdu. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoymuş oldu. XIX əsrin ikinci yarısında Zaqafqaziya bölgəsində baş verən ictimai-siyasi və mədəni proseslər, maarifçilik ideyalarının yayılması Azərbaycanda da maarifçi ziyalıların formalaşmasına şərait yaratmışdı. Bu dövrdə milli şüurun oyanması, xalqın savadlanması və milli kimliyin qorunub saxlanması üçün kütləvi informasiya vasitələrinin – ilk növbədə qəzetlərin – əhəmiyyəti getdikcə artırdı. Bu baxımdan, 22 iyul 1875-ci ildə işıq üzü görən "Əkinçi" qəzeti Azərbaycanın milli oyanış hərəkatında yeni bir mərhələnin başlanğıcı oldu. Həsən bəy Zərdabi bu qəzet vasitəsilə xalqı maarifləndirməyi, elmi bilikləri sadə dildə izah etməyi, kənd təsərrüfatı, təbiət, təhsil və tibb sahəsində maarifçilik işini aparmağı qarşısına məqsəd qoymuşdu.

“Əkinçi” qəzetinin nəşrindən sonra milli mətbuatımızda XIX əsrin sonlarında “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlayıb. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə apararaq “Molla Nəsrəddin” (1906), “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər nəşr etməyə başlamışlar. Bu mətbuat orqanlarının əsas hədəfi cəhalətə, haqsızlığa qarşı mübarizə, maarifləndirmə idi”.

Təbrikdə qeyd olunub ki, müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb: “Məlum faktdır ki, Azərbaycanın sovet dövrü mətbuat tarixində kəskin dönüş nöqtələrindən biri oldu. Mətbuat dövlətin ideoloji alətinə çevrildi və senzura ciddi şəkildə tətbiq olunurdu. Azərbaycan mətbuatı ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan, cəmiyyətin maariflənməsinə, milli ideologiyanın formalaşmasına və dövlət quruculuğu prosesinə əhəmiyyətli töhfələr verən bir institut kimi tarixən öz yerini tutmuşdur. 1991-ci ildə Azərbaycanın müstəqillik qazanması ilə mətbuat sahəsində də yeni bir mərhələ başlandı. Mətbuat üzərində senzura ləğv edildi, çoxsaylı qəzet və jurnallar fəaliyyətə başladı, informasiya azadlığı konstitusiya ilə təsbit edildi. 1990-cı illərin sonlarından başlayaraq elektron və internet mətbuatının formalaşması da yeni bir mərhələnin başlanğıcı oldu. Həmçinin, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə mətbuat üzərində senzuranın ləğvi Azərbaycan mətbuat tarixində mühüm dönüş nöqtəsi oldu. 1990-cı illərin sonlarından başlayaraq elektron və internet mətbuatının formalaşması da yeni bir mərhələnin başlanğıcı oldu. Xüsusilə 2000-ci illərdən sonra internet resurslarının, xəbər saytlarının və onlayn mediaya yönəlmiş fəaliyyətin sürətlənməsi, sosial medianın yayılması jurnalistika anlayışının da dəyişməsinə səbəb oldu. Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyətinin tələblərinə uyğun olaraq fəaliyyət göstərməkdədir. Xəbər agentlikləri, gündəlik qəzetlər, onlayn media qurumları və televiziya kanalları cəmiyyətin informasiya ehtiyaclarını ödəməyə çalışırlar. Azərbaycan jurnalistləri müxtəlif sahələr üzrə ixtisaslaşmış və peşəkar fəaliyyət göstərən müstəqil media qurumlarında çalışırlar. Dövlət tərəfindən jurnalistlərin fəaliyyətinin dəstəklənməsi məqsədilə bir sıra proqramlar və təşəbbüslər həyata keçirilmişdir. Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Medianın İnkişafı Agentliyi (MEDİA) bu sahədə yeni islahatların aparılmasına şərait yaratmış, həm jurnalistlərin peşəkarlığının artırılması, həm də media mühitinin hüquqi və iqtisadi əsaslarının möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərir.  Xüsusilə 2000-ci illərdən sonra internet resurslarının, xəbər saytlarının və onlayn mediaya yönəlmiş fəaliyyətin sürətlənməsi, sosial medianın yayılması jurnalistika anlayışının da dəyişməsinə səbəb oldu. 

Müasir Azərbaycanın mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görüləcək işlərdə sizlərə uğurlar diləyirik. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasında, demokratiyanın inkişafını özündə əks etdirən geniş siyasət nəticəsində Azərbaycanın dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınması arzusundayıq. Ötən dövrdə zəngin və şərəfli yol keçən Azərbaycan mətbuatı artıq bəzi perspektivlərdən özünün yüksəliş mərhələsini yaşayır, hazırda respublikada çoxlu sayda müxtəlif qəzet və jurnallar nəşr olunur, internet qəzetçilik inkişaf edir. Arzu edirik bütün perspektivlər Azərbaycan mətbuatı dünyada tanınan və istinad edildən mənbə olsun! "Əkinçi"dən başlanan maarifləndirmə yolu bu gün internet mətbuatına, rəqəmsal mediaya qədər uzanır. Bu yolun hər mərhələsində mətbuat xalqın aynası, ictimai fikrin tribunasına çevrilmişdir. 

Artıq xaricdə yaşayan soydaşlarımız yerli mətbuatda məqalələr çap etdirməyə, Azərbaycan gerçəkliklərini əks etditməyə nail omuşlar. Dünya Azərbaycanlı Alimlərin Birliyinin çoxsaylı üzvləri arasında elmi-publisistik məqalələri dünyanın bir çox nüfuzlu qəzet və jurnallarında, mətbu orqanlarında çıxış edən yurddaşlarımız var. Təşkilatın sədri Almaniyada yaşayan azərbaycanlı riyazıyyatçı, Humboldt mükafatı alan ilk azərbaycanlı, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan Memarlıq və İnşaat Universitetində rektorun müşaviri , professor Məsud Əfəndiyev bu alimləri uğurla bir şəkildə Respublikada elm və təhsilin inkişafı yolunda görlən işlərdə səfərbər edə bilmişdir.   
Mətbuat və jurnalistika sahəsində çalışan, əmək qoymuş bütün vətəndaşlarımızı bir daha təbrik edir, işinizdə uğurlar və müvəffəqiyyətlər arzu edirik!”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://525.az
archiveBu xəbər 23 İyul 2025 09:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri