Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 22 aprel, Rabil Kətanov, AZƏRTAC Dünya bazarında neftin qiymətinin tez-tez dəyişməsi daha çox iqtisadi deyil, geosiyasi proseslərdən asılı olur.
Rusiya və İrana qarşı tətbiq olunan sanksiyalar, Yaxın Şərqdə baş verən hərbi toqquşma, Qırmızı dənizdə husilərin ticarət gəmilərinə və neft daşıyan tankerlərə silahlı hücumu və digər amillər dünya bazarındakı qiymətlərə təsir edir.
Təsadüfi deyil ki, dünyanın ən iri banklarından biri olan “Goldman Sachs” analitikləri neftin qiymətinin dəyişkənliyini birjaları bürüyən “panika” ilə əlaqələndirirlər.
Bankın analitikləri hesab edir ki, qarşıdakı 10 il ərzində dünya dövlətləri ümumi daxili məhsulu (ÜDM) artırmağa və iqtisadi inkişafa can atacaqlar ki, bu da neftə olan tələbatı artıracaq.
Bu baxımdan dünya bazarında neftin qiymətinin 1980-cı illərin sonundakı kimi 15-20 dollara düşəcəyini gözləmək çox tezdir.AZƏRTAC xəbər verir ki, hazırda neftin qiymətinə təsir göstərən ən mühüm amillərdən biri prezident Donald Trampın Çin daxil olmaqla bir sıra dövlətlərin ABŞ-a ixrac etdiyi məhsula ödədiyi rüsumları kəskin artırmasıdır.
Rüsumların artması istehsala və ÜDM-in azalmasına səbəb olur ki, bu da ümumilikdə iqtisadiyyatın zəifləməsinə gətirib çıxarır.
Bu və ya digər ölkədə isə iqtisadiyyatın zəifləməsi neftin qiymətinə təsir edir.Digər amil ABŞ ilə İranın danışıqlara başlamasıdır.