Icma.az
close
up
RU
Dünya bazarında neftin qiymətinin dəyişməsi daha çox geosiyasi proseslərdən asılı olur

Dünya bazarında neftin qiymətinin dəyişməsi daha çox geosiyasi proseslərdən asılı olur

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 22 aprel, Rabil Kətanov, AZƏRTAC

Dünya bazarında neftin qiymətinin tez-tez dəyişməsi daha çox iqtisadi deyil, geosiyasi proseslərdən asılı olur. Rusiya və İrana qarşı tətbiq olunan sanksiyalar, Yaxın Şərqdə baş verən hərbi toqquşma, Qırmızı dənizdə husilərin ticarət gəmilərinə və neft daşıyan tankerlərə silahlı hücumu və digər amillər dünya bazarındakı qiymətlərə təsir edir. Təsadüfi deyil ki, dünyanın ən iri banklarından biri olan “Goldman Sachs” analitikləri neftin qiymətinin dəyişkənliyini birjaları bürüyən “panika” ilə əlaqələndirirlər. Bankın analitikləri hesab edir ki, qarşıdakı 10 il ərzində dünya dövlətləri ümumi daxili məhsulu (ÜDM) artırmağa və iqtisadi inkişafa can atacaqlar ki, bu da neftə olan tələbatı artıracaq. Bu baxımdan dünya bazarında neftin qiymətinin 1980-cı illərin sonundakı kimi 15-20 dollara düşəcəyini gözləmək çox tezdir.

AZƏRTAC xəbər verir ki, hazırda neftin qiymətinə təsir göstərən ən mühüm amillərdən biri prezident Donald Trampın Çin daxil olmaqla bir sıra dövlətlərin ABŞ-a ixrac etdiyi məhsula ödədiyi rüsumları kəskin artırmasıdır. Rüsumların artması istehsala və ÜDM-in azalmasına səbəb olur ki, bu da ümumilikdə iqtisadiyyatın zəifləməsinə gətirib çıxarır. Bu və ya digər ölkədə isə iqtisadiyyatın zəifləməsi neftin qiymətinə təsir edir.

Digər amil ABŞ ilə İranın danışıqlara başlamasıdır. Maskatda və Romada hər iki dövlətin nümayəndələri arasında danışıqlar keçirilib. Birjalar ehtiyat edir ki, danışıqlar qarşılıqlı razılaşma ilə başa çatar və ABŞ İrana tətbiq etdiyi sanksiyaları aradan qaldırar. Belə olan halda isə İran dünya bazarına neft ixrac etmək hüququ əldə edə bilər. Bildiyimiz kimi bazarda qiyməti tələb və təklif müəyyən edir. İran dünya bazarına neft ixracına başlasa təklif artar ki, bu da öz növbəsində neftin qiymətinin azalmasına səbəb olar.

Rusiya ilə Ukrayna arasındakı müharibə isə qiymətlərə ziddiyətli təsir göstərir. Belə ki, Qərb dövlətləri Rusiyaya qarşı sanksiyalar tətbiq edərək onun dünya bazarına neft ixracını məhdudlaşdırıblar ki, bu da qiymətin yüksəlməsinə və ya sabit qalmasına imkan verir. Digər tərəfdən hərbi əməliyyatlar zamanı istifadə olunan texnikanın (tanklar, təyyarələr, zirehli maşınlar və s.) neftə böyük ehtiyacı yaranır və bu ehtiyac mütləq ödənilməlidir. Deməli tələb artır və neftin qiyməti də yüksəlir. Bütün bunlar yuxarıda deyildiyi kimi birjalarda “panika” yaradır. Trampın hər bəyanatından sonra neftin qiyməti 1,5-2 dollar düşür. Lakin bir müddətdən sonra ABŞ Prezidentinin bəyanatına qarşı Çinin qarşılıqlı addımı neftin qiymətinin yüksəlməsinə səbəb olur.

ABŞ-ın transmilli maliyyə konqlomeratı hesab edilən “J.P. Morgan Chase Co.” bankı analitik hesabat hazırlayaraq 2025-2040-cı illər üçün dünya bazarında neftin qiymətinin 80-90 dollar dəyərində olacağını proqnozlaşdırıb. Dövlətlərə və dünya miqyaslı iri şirkətlərə kredit verən bankın analitikləri hesab edirlər ki, gözlənilən hərbi münaqişələr neftin qiymətinin 120 dollara da yüksəlməsini şərtləndirə bilər.

ABŞ-ın tanınmış neft analitiki Pol Senki “Reuters” agentliyinə bildirib ki, hazırda Asiyada fəaliyyət göstərən neft emalı zavodları ABŞ-dan səslənən bəyanatlar fonunda emalı azaldıblar ki, bu da dünya bazarında neftin nisbətən ucuzlaşmasına səbəb olub. Lakin Asiyaya yatırılan iri investisiyalar bir müddətdən sonra dünya bazarında neftin qiymətinin artmasına səbəb olacaq. Misal üçün, Avropa İttifaqının Mərkəzi Asiya respublikalarına 12 milyard dollar sərmayə qoyuluşu iqtisadi proseslərin sürətlənməsinə və neftə tələbatın artmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində qiymətlərin sabitliyini şərtləndirəcək.

Rusiya hökuməti yanında fəaliyyət göstərən Maliyyə Universitetinin elmi əməkdaşı və aparıcı analitiki İqor Yuşkov yerli mətbuata bildirib ki, artıq dünyada ucuz neft hasilatı başa çatıb: “Asan hesab edilən yataqlarda neft qalmayıb. Yerin dərin təkində və dənizin dibində isə çox həcmdə neftin olması bəllidir. Lakin bu dərinliklərdən neftin çıxarılması əlavə sərmayələr tələb edir. Maya dəyərinin artması neftin bahalaşmasına səbəb olur. Bu baxımdan gələcəkdə də neftin hasilatına yatırılan sərmayələr artmalıdır ki, bazara çıxarılan neftin xərci “borcunu ödəsin”. Bu isə neftə tələbatın uzun müddət qalacağını və qiymətinin də sabit olacağını göstərir.

Bu gün ABŞ-ın tarif siyasəti nəticəsində neft qiymətlərinin aşağı düşməsi geniş iqtisadi təsirlərə səbəb olur. “Moody’s” beynəlxalq reytinq agentliyinin hesabatında bildirilib ki, ABŞ-ın ticarət siyasəti nəticəsində ticarət müharibəsi qorxusu qlobal iqtisadi artımın zəifləməsinə və beləliklə, neftə olan tələbatın azalmasına gətirib çıxara bilər. Bununla yanaşı, OPEC+ neft hasilatını artırmaq qərarına gəlib və bu da bazarda təklifi artırır. Bu səbəbdən apreldə “Brent” və WTI neft markalarının qiyməti müvafiq olaraq 65 və 62 dollar səviyyəsinə düşüb. Hesabatda o da vurğulanıb ki, 2025-ci ildə xam neftin qiymətinin aşağı və dəyişkən qalacağı gözlənilir. OPEC və OPEC+ hasilat məhdudiyyətlərini aradan qaldırsa ilin ikinci yarısında qiymətlərin daha da ucuzlaşacağı müşahidə olunacaq. Lakin OPEC ölkələri arasında bununla bağlı vahid mövqe yoxdur. Əksər ölkələr qiymətlərin sabit qalması üçün hasilatın artırılmasının əleyhinədirlər.

Ötən ilin dekabrında OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 38-ci iclası keçirilib. OPEC+ ölkələri neft bazarındakı cari vəziyyəti müzakirə edərək 2026-cı ilin sonunadək hasilat göstəricilərini 39,7 milyon barrel həcmində müəyyən ediblər. Bu razılaşmanı Azərbaycan da dəstəkləyib. Azərbaycanın gündəlik 551 min barrel həcmində olan mövcud xam neft hasilatı kvotası isə bu dövrdə sabit saxlanılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Aprel 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri