Dünya çempionatında millimizin rəqibi bəlli oldu

27.10.2026

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Azərbaycan millisinin Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti rəqibi bəlli olub.

"Cebheinfo.az" xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili seçməsi ilə üz-üzə gələcək.

Qarşılaşma oktyabrın 28-də Hövsan Yarış Kompleksindəki 7B stadionunda, saat 11:30-da start götürəcək.

Cütün qalibi növbəti raundda Belarus - Cəbəllütariq duelinin güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə məhz bu cütdə uduzan komanda ilə qarşılaşacaq.

C Liqasının digər cütləri:

11:30. Fransa - Trinidad və Tobaqo

11:30. Yaponiya - Mozambik

11:30. Benin - Kuba

11:30. Uqanda - Yəmən

11:30. Tunis - Namibiya

11:30. Nigeriya - Yeni Kaledoniya

11:30. İndoneziya - Moldova

11:30. Tailand - Əfqanıstan

11:30. Panama - Qazaxıstan

11:30. Honduras - Hindistan

12:45. Vyetnam - Ruanda

12:45. Macarıstan - Malavi

12:45. Lüksemburq - Liberiya

12:45. Şotlandiya - Nikaraqua

Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.

Təqvimə əsasən, oktyabrın 28-dən 30-dək Azərbaycan millisi daha beş matçda meydana çıxacaq. Bununla da yığmanın turnir çərçivəsində keçirdiyi oyunların sayı 10-a yüksələcək.

Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью