Dünya çempionatında millimizin rəqibi bəlli oldu
Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.
Azərbaycan millisinin Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında növbəti rəqibi bəlli olub.
"Cebheinfo.az" xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv C Divizionunun (65-96-cı yerlər uğrunda) 1/16 final mərhələsində Çili seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma oktyabrın 28-də Hövsan Yarış Kompleksindəki 7B stadionunda, saat 11:30-da start götürəcək.
Cütün qalibi növbəti raundda Belarus - Cəbəllütariq duelinin güclüsü ilə üz-üzə gələcək. Məğlub tərəf isə məhz bu cütdə uduzan komanda ilə qarşılaşacaq.
C Liqasının digər cütləri:
11:30. Fransa - Trinidad və Tobaqo
11:30. Yaponiya - Mozambik
11:30. Benin - Kuba
11:30. Uqanda - Yəmən
11:30. Tunis - Namibiya
11:30. Nigeriya - Yeni Kaledoniya
11:30. İndoneziya - Moldova
11:30. Tailand - Əfqanıstan
11:30. Panama - Qazaxıstan
11:30. Honduras - Hindistan
12:45. Vyetnam - Ruanda
12:45. Macarıstan - Malavi
12:45. Lüksemburq - Liberiya
12:45. Şotlandiya - Nikaraqua
Xatırladaq ki, Azərbaycan komandası AF qrupunun üçüncüsü kimi C Divizionuna vəsiqə qazanıb. Yığma Timor-Leste seçməsinə 6:0, Andorraya 1:0, İsrailə 3:1 hesabı ilə qalib gəlib, Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub. Bununla da yığma qrupu 9 xalla üçüncü pillədə başa vurub.
Təqvimə əsasən, oktyabrın 28-dən 30-dək Azərbaycan millisi daha beş matçda meydana çıxacaq. Bununla da yığmanın turnir çərçivəsində keçirdiyi oyunların sayı 10-a yüksələcək.
Mundialda dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.
Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:58
Bu xəbər 27 Oktyabr 2026 11:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















