Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Son illərdə dünya əhalisinin artımında gözlənilməz bir dayanma müşahidə olunur və 2070-ci ilə qədər 65 yaşdan yuxarı insanların sayının 18 yaşdan aşağı olanları keçəcəyi gözlənilir.
Bəs bu vəziyyətin arxasında duran səbəblər nələrdir? Qaynarinfo xəbər verir ki, yaxın keçmişə qədər dünya əhalisinin artımında heç bir yavaş
Lakin son bir neçə ildə əhali artımı demək olar ki, dayanma nöqtəsinə çatıb.
Artıq bir çox ölkədə əhalinin zirvəyə çatdığı və əsrin sonuna qədər azalacağı düşünülür.
2024-cü ildə planetimizin əhalisi 8 milyarda çataraq, yeni bir mərhələyə qədəm qoyub.
Lakin BMT-nin son proqnozlarına görə, önümüzdəki 60 il ərzində dünya əhalisinin cəmi iki milyard daha artacağı gözlənilir.
2080-ci illərdə dünya əhalisinin 10,3 milyara çatacağı və daha sonra əsrin sonuna qədər 10,2 milyara enəcəyi proqnozlaşdırılır.