Icma.az
close
up
RU
Dünya əhalisinin artımı dayanır: Gələcəkdə yaşlılar gənclərdən daha çox olacaq?

Dünya əhalisinin artımı dayanır: Gələcəkdə yaşlılar gənclərdən daha çox olacaq?

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illərdə dünya əhalisinin artımında gözlənilməz bir dayanma müşahidə olunur və 2070-ci ilə qədər 65 yaşdan yuxarı insanların sayının 18 yaşdan aşağı olanları keçəcəyi gözlənilir. Bəs bu vəziyyətin arxasında duran səbəblər nələrdir?

Qaynarinfo xəbər verir ki, yaxın keçmişə qədər dünya əhalisinin artımında heç bir yavaşlama əlaməti yox idi. Lakin son bir neçə ildə əhali artımı demək olar ki, dayanma nöqtəsinə çatıb. Artıq bir çox ölkədə əhalinin zirvəyə çatdığı və əsrin sonuna qədər azalacağı düşünülür.

2024-cü ildə planetimizin əhalisi 8 milyarda çataraq, yeni bir mərhələyə qədəm qoyub. Lakin BMT-nin son proqnozlarına görə, önümüzdəki 60 il ərzində dünya əhalisinin cəmi iki milyard daha artacağı gözlənilir.

2080-ci illərdə dünya əhalisinin 10,3 milyara çatacağı və daha sonra əsrin sonuna qədər 10,2 milyara enəcəyi proqnozlaşdırılır. Mütəxəssislər dünya əhalisinin 2100-cü ildən əvvəl zirvəyə çatma ehtimalının 80% olduğunu düşünür.

Lakin 10 il əvvəl bu ehtimal cəmi 30% təxmin edilirdi və bəzi modellər 2100-cü ilə qədər qlobal əhalinin 12 milyardan çox olacağını proqnozlaşdırırdı. Əhali artımındakı bu sürət dəyişikliyi, doğum nisbətlərindəki kəskin azalma ilə izah oluna bilər. Bir ölkənin əhalisini qoruyub saxlamaq üçün doğum nisbətinin təxminən 2,1 olması lazımdır. Lakin artıq ölkələrin yarısından çoxunda bu nisbət kritik həddən aşağı düşüb.

Son məlumatlara görə, bütün ölkələrin demək olar ki, beşdə biri artıq "ultra aşağı doğum nisbətinə" malikdir, yəni hər qadına 1,4-dən az canlı doğum düşür. Dünyanın ən sıx əhalisi olan Çin də bu qrupa daxildir. Rusiya, Yaponiya və 60-dan çox ölkə ilə birlikdə Çin artıq maksimum əhalisini əldə edib və azalma mərhələsinə keçib. Bu ölkələrdə əhalinin 2054-cü ilə qədər təxminən 14% azalacağı gözlənilir.

Doğum nisbətlərinə təsir edən bir çox amil olsa da, bu geniş yayılmış azalma əsasən "demoqrafik keçid" adlanan hadisə ilə izah oluna bilər. Sənayeləşdikcə qadınlar daha az uşaq sahibi olmağa meyllidir. Qadınlar daha çox karyera imkanları əldə edir və ümumiyyətlə həyatlarının sonrakı mərhələlərində ailə qurmağı üstün tuturlar. Uşaq ölüm nisbətlərinin azalması və torpaq işləmək üçün böyük ailələrə ehtiyacın azalması kimi amillər də daha az uşağın doğulmasına səbəb olur.

Doğum nisbətlərindəki bu azalma, artan ömür uzunluğu ilə birləşdikdə, əhalinin demoqrafik quruluşunu əsaslı şəkildə dəyişdirə bilər və ümumi əhalinin yaşı xeyli yüksələ bilər. Mütəxəssislər əhali artımında ümumi azalma proqnozlaşdırmaqla yanaşı, 2070-ci il ətrafında 65 yaşdan yuxarı insanların sayının 18 yaşdan aşağı olanları ötəcəyini də proqnozlaşdırırlar.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:241
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 26 Fevral 2025 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri