Dünya ictimaiyyətinin Azərbaycana ehtiramı daha da artacaqdır | Icma.az
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan dövləti dünyanın siyasi maraqları ilə əhatələnmiş dövlətlətlərindən biridir.
Bu maraq təkcə onun siyasi nüfuzu ilə bağlı deyil, həm də onun tolerantlığı, bəşəriliyi ilə bağlıdır.
Belə dövlətlər dünya siyasi sistemində nüfuzlu dövlətlərdən hesab edilir.
İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazanması Azərbycanın nüfuzunu da, ona olan etimadı və ehtiramı da yüksəltdi.
Bu yüksəliş dövlətlərarası münasibətlər sistemində rəğbətlə əhatələndi.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanvarın 20-də Davosda “Euronews” televiziyasına verdiyi müsahibə də bu fikirlərin təsdiqidir.
Dövlət başçımız müsahibəsində qeyd etdi ki, istər siyasi inkişafın, istərsə də suverenliyimizin və ərazi bütövlüyümüzün bərpası beynəlxalq hüquqa və ümumi dəyərlərə uyğun olub.
“Zayed İnsan Qardaşlığı Mükafatı” kimi nüfuzlu mükafatı almağı böyük şərəf hesab edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dedi: “Bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm.
Tam oxu
Xəbəri oxu